Xəbər lenti
Axtar
12 Oca 2021, 14:31   
    60
BAKİ-XEBERTV.AZ


Bakı və Moskva arasındakı münasibətlər strateji partnyorluq səviyyəsindədir - RƏY

Bakı və Moskva arasındakı münasibətlər strateji partnyorluq səviyyəsindədir - RƏY
“Moskva görüşü fonunda Azərbaycan və Rusiya münasibətlərinin hansı səviyyədə olduğunun göstəricisi kimi rəsmi Bakının Kremllə Ermənistanın başı üzərindən mövcud olan problemləri müzakirə etməsini vurğulamaq olar. Bu gün Azərbaycan Ermənistanı nəzərə almadan Rusiya ilə mövcud problemləri həll edir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov 11 yanvarda Rusiyada baş tutan Moskva görüşləri fonunda Azərbaycanla şimal qonşumuz arasındakı münasibətlərdən danışarkən söyləyib.

Deputat bildirib ki, Rusiya ilə Azərbaycan arasında hərtərəfli və çoxşaxəli əlaqələr mövcuddur: “Moskva görüşünün pərdə arxasında çox şeylər deyilə bilər. Azərbaycanın rusiyalı sülhməramlılarla bağlı ayrı iradları var. Başqa məsələlərdə də Azərbaycanın Rusiyaya deyəcəyi sözlərinin olduğunu düşünürəm. Amma bütün bunlarla yanaşı, Bakı və Moskva arasındakı münasibətlər çox yaxşı səviyyədədir. Yəni, rəsmən strateji partnyorluq kimi qiymətləndirilir. Fərz edirəm ki, biz dialoq vasitəsi ilə bu münasibətlərə xələl gətirməyin qarşısını almalıyıq.

Ermənistan bundan sonrakı danışıqları poza bilməz. Bundan sonra Ermənistanın nəyisə pozmağa heç bir gücü yoxdur”.
loading...