Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 18 Kas 2020, 20:05   
        259


    Ermənistan bununla fərqini bir daha göstərəcək - PA rəsmisi

    Beynəlxalq jurnalistlərin Füzuliyə səfərində dünyanın aparıcı media orqanlarının nümayəndələri iştirak edirdilər. Onlar ermənilərin törətdikləri vəhşilikləri gördülər, sənədləşdirdilər.

    XEBERTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərində jurnalistlərə bildirib.

    Hikmət Hacıyev deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərli o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan. Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli şəhəri işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir şəhər idi. Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan Füzuli şəhərinə yenidən həyat gətirəcək. İşğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Füzuli şəhərindən yenə də gülüş və sevinc səsləri eşidiləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək.

    Prezidentin köməkçisi qeyd edib ki, Füzuli, eyni zamanda, Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon idi. Burada olan maddi-mədəniyyət abidələri də erməni vandalizmi nəticəsində tamamilə darmadağın edilib. Bugünkü səfər zamanı beynəlxalq media nümayəndələrinin Füzuli şəhərindəki tarixi abidələrimizə, məscidlərimizə də baş çəkmək imkanı oldu. Burada orta əsrin memarlıq inciləri olan hamam kompleksləri var idi. Mədəniyyət Nazirliyində bütün bu abidələrin inventarı var. İnventar üzrə onların hər birinin qiymətləndirilməsi aparılacaq. Ali Baş Komandanın dediyi kimi, işğal olunmuş ərazilərimizdəki bütün bu maddi-mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Ermənistan bu cür əməllərinə görə beynəlxalq hüquq və humanitar hüquq əsasında məsuliyyət daşıyır. Ermənistan uzun illər bu məsuliyyətini gizlətməyə çalışırdı. Amma bu məsuliyyətdən heç yerə qaça bilməz. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlarını atacaq.

    Hikmət Hacıyev vurğulayıb ki, bugünkü səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. Sonra bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

    “İşğaldan azad edilmiş torpaqlarımızda olduğumuz üçün qürur hissi keçiririk. Bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza təşəkkür edirik. Əsgər və zabitlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə Allahdan tezliklə şəfa diləyirik”, - deyə Prezidentin köməkçisi bildirib.Axar.az
    loading...