Xəbər lenti
Axtar
02 Kas 2020, 20:26   
    111


Ərəb KİV-ləri Əliyevin son bəyanatlarını yaydı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən zaman səsləndirdiyi bəyanatlar nüfuzlu ərəb KİV-lərinin diqqət mərkəzindədir.

XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, “Al Aarabia” və “Aljazeera” televiziya kanallarının reportajlarında, habelə internet saytlarında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin görüşdə səsləndirdiyi aşağıdakı fikir vurğulanıb: “Biz istəyirik ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışıqlar masası arxasında qısa müddət ərzində təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik”.

Reportajlarda, həmçinin bildirilib ki, Ermənistanın baş naziri Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə məktubu erməniləri məyus edib. Rəsmi Moskva qeyd edib ki, rəsmi Yerevanla imzalanmış saziş yalnız Ermənistan ərazisinə şamil olunur, Azərbaycanın ərazisi olan Qarabağda isə bu sənədin hüquqi qüvvəsi yoxdur.

Televiziya kanalları ilə yanaşı, “Arabnews” və “Saudigazette” qəzetləri də Azərbaycan Prezidentinin qətiyyətli mövqeyindən yazılıb. Bu qəzetlər dərc olunan məqalələrdə vurğulanıb ki, Ermənistanın öz qoşunlarını Azərbaycan işğal edilmiş ərazilərindən çıxarması sülhə nail olmağın yeganə yoludur.

Ərəb KİV-ləri onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyev döyüş əməliyyatının uğurla davam etdirildiyini, bu günə qədər 200-dən çox kənd, şəhər, qəsəbələnin, həmçinin Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərinin işğalçılardan azad edildiyini bildirib.
loading...