Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan da Fransaya Marseli ermənilərə verməyi təklif edir
  • 2020-ci il rekordlar arasında ən isti üçlük arasındadır
  • Ərdoğandan Bakıya gözlənilən səfəri ilə bağlı VACİB AÇIQLAMA
  • Paşinyan duelə çağırıldı
  • Şalvarın ətəyini (balağını) qısaltmaq sünnə sayılırmı və savabdırmı?
  • Türkiyə MN: Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik
  • İnsan bəzi xeyir işlər görüb, savabını başqasına hədiyyə edə bilərmi?
  • İnsan dünyasını dəyişəndən sonra dəfnə kimi cənazə evdə qaldığı müddətdə nə etmək lazımdır?
  • Kəsilən dırnaq və saçları, qopan dişləri hara tullamaq lazımdır?
  • Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?
  • Təvvabin kimlərdir və onların qiyamı nə zaman baş verib?
  • Fransa radiosu Füzulidən reportaj hazırladı
  • Bu ərazilərdən 400-dən çox erməninin cəsədi çıxarıldı
  • “Haber Global” şəhid polkovnik Babək Səmidli haqqında süjet hazırladı - VİDEO
  • Ermənilər Xankəndidə uşaq bağçalarını da minalayıblar
  • Daha bir erməni diversiyası
  • Kəlbəcərdən daha bir - Video
  • Kapitulyasiya aktı bizi çörəksiz qoydu - Xaçatryan
  • Bu ərazilərə güclü qar yağacaq - PROQNOZ
  • Rusiya Xankəndi-Bakı dəmiryolunu açmaq istəyir
  • Azərbaycan 350 meyiti Ermənistana təhvil verdi
  • İlham Əliyev: “Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
  • Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
  • İlham Əliyevin xalqa müraciəti Misir mediasında
  • 36 kəndin 31-də azərbaycanlılar yaşayırdı - "Nyu York Tayms"
  • 31 Eki 2020, 21:27   
        48


    Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir

    Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Paşinyan məktubunda Rusiya liderindən Ermənistana yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edib. Erməni baş nazir bu mənada 29 avqust 1997-ci il tarixli “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edib.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

    O qeyd edib ki, Nikol Paşinyan məktubunda Qarabağdakı vəziyyətdən detallı şəkildə bəhs edib, həmişəki kimi, Azərbaycan və Türkiyə əleyhinə ittihamlar səsləndirib:

    “Nikol Paşinyan Putinə 5 telefon zəngindən sonra nədən məktub göndərib?

    Birincisi, bu, Paşinyanın Putinə məktubundan çox öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdır. Çünki özü də bilir ki, Putin Dağlıq Qarabağı dəftərindən silib. Ona görə də Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, baxın, bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm...

    İkincisi, Ermənistan Dağlıq Qarabağda xeyli canlı qüvvə və hərbi texnika itirib. Həmin hərbi texnikanın əksəriyyəti Ermənistana aid idi. Ermənistandan Dağlıq Qarabağa nə daşıdılarsa, hamısını Azərbaycan Ordusu məhv etdi. Belə vəziyyətdə Ermənistanın hərbi durumu ağırlaşıb, müdafiəsi zəifləyib. Ona görə Paşinyanda və erməni cəmiyyətində qorxu var ki, Azərbaycan Ordusu Dağlıq Qarabağa nəzarəti ələ keçirdikdən sonra Ermənistanın içərilərinə doğru da hərəkət edə bilər. Paşinyan qorxur ki, Putin Dağlıq Qarabağın itirilməsinə səssiz qaldığı kimi, Ermənistana hücumlara da bir müddət səssiz qala bilər. Ona görə də indidən təminat almaq istəyir ki, Dağlıq Qarabağdan vaz keçdikdən sonra Rusiya heç olmazsa, Ermənistanı qorusun.

    Paşinyan Rusiyanın Ermənistanda hərbçi və hərbi texnika sayını artırmasını istəyir. Putin bunu edə bilər. Ancaq Putin onu da anlayır ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınan Rusiyanın bahalı hərbi texnikası kiçik ölçülü pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bahalı hərbi texnikasını darmadağın etməsi Rusiyanın hərbi sənaye kompleksinin imicinə ciddi zərbədir. Ona görə də Putin artıq Ermənistanın Dağlıq Qarabağı qoruya bilməyəcəyini anladığından Ermənistana hərbi texnikanın göndərilməsinə bir müddət ara verə də bilər.

    Bir daha müharibə başlayandan bu yana əsas tezisimi təkrarlayıram: Bizə heç kim və heç nə mane olmur!”
    loading...