Xəbər lenti
Axtar
24 Eki 2020, 20:23   
    33


Türkiyə MN: Ermənistan muzdlu və terrorçuları Qarabağdan çıxarmalıdır

Türkiyə MN: Ermənistan muzdlu və terrorçuları Qarabağdan çıxarmalıdır
Sentyabrın 27-də Azərbaycana hücum edən Ermənistan oktyabrın 10-da və 18-də razılaşdırılmış humanitar atəşkəs qərarlarına məhəl qoymadan beynəlxalq hüquqa zidd olaraq Azərbaycanda dinc əhalini və mülki yaşayış yerlərini atəşə tutmaqda davam edir.

XEBERTV.AZ xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin cəbhədəki mövcud vəziyyətlə bağlı növbəti açıqlamasında yer alıb.

Açıqlamada bu hücumlar nəticəsində dinc azərbaycanlı əhali arasında çox sayda ölən və yaralananın olduğu, dağıntıların meydana gəldiyi xatırladılır. Qeyd olunur ki, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri ərazidən çıxarmalı, hücumlara son qoymalı, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir.Publika.az
loading...