Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • Bayramov iranlı həmkarı ilə danışdı: Nələr müzakirə edildi?
  • Tarixi Zəfərin əsas formulu – VİDEO
  • 8 Noyabr - Zəfər Günüdür!
  • Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki
  • Bakı və Astana bu sahədə əməkdaşlıq edəcək
  • Bayramov Borrellə sərhədi müzakirə etdi
  • Bayramov Çavuşoğlu ilə danışdı
  • Puqaçovanın nəvəsi səfərbərliyə çağrıldı
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • 14 Eki 2020, 20:57   
        324


    Soydaşlarımızdan Fransaya etiraz bəyanatı

    Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul ediblər.

    XEBERTV.AZ xəbər verir ki,Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, bəyanatda sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makronun Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Fransa kimi dövlətin prezidenti saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübut olmadan Azərbaycana qarşı böhtan atıb. Bu açıqlamalar dünyada yaşayan bütün azərbaycanlıların kəskin etirazına səbəb olub. Bu, bir daha göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.

    Vurğulanır ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçını müdafiə edir.

    Bəyanatda xatırladılır ki, Fransa 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir.

    Həmçinin müraciətdə Azərbaycanın haqlı olduğu bildirilib, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ədalətli yanaşma çağırışı edilib.

    Qeyd edək ki, bəyanatı Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri də daxil olmaqla, ümumilikdə 44 nəfər imzalayıb.
    loading...