Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu ərazilərə güclü qar yağacaq - PROQNOZ
  • Rusiya Xankəndi-Bakı dəmiryolunu açmaq istəyir
  • Azərbaycan 350 meyiti Ermənistana təhvil verdi
  • İlham Əliyev: “Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
  • Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
  • İlham Əliyevin xalqa müraciəti Misir mediasında
  • 36 kəndin 31-də azərbaycanlılar yaşayırdı - "Nyu York Tayms"
  • Ey Qarabağ əhli, hazırlaş... - Video
  • Ermənilər Azərbaycan kəndlərini kustar üsulla hazırlanan silahlardan atəşə tutub - VİDEO
  • Ermənilər indi də Ağdamda evləri yandırır - Video
  • Prezident sükan arxasında Xudafərinə gedir... - Video
  • Araikin şok yazışması: Bu şəhəri məhv edək…
  • Xankəndidə humanitar mərkəz yaradılır
  • EY XALQIMIN PREZİDENTİ
  • Kəlbəcərin boşaldılmasına niyə 10 gün vaxt verildi? - SƏBƏBLƏR
  • Unudulmaz polkovnik
  • “Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək” - Politoloq
  • Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər - VİDEO
  • Dünya mediası: Ermənilər hər bir şeyi məhv ediblər
  • "TRT Haber" Tərtərdə törədilən dağıntılar barədə reportaj hazırladı - VİDEO
  • Ermənilər Kəlbəcərin ağaclarını da daşıyır - Foto
  • Ermənilərin Azərbaycana vurduğu ziyan hesablanacaq
  • Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
  • Yaralı əsgərimiz Şuşanın necə alınmasından danışdı
  • Hacıyevdən Bülbüloğluna: Yersiz, səhv açıqlama...
  • 07 Eki 2020, 22:07   
        303


    Qarabağ Azərbaycandır!!!!!
    XAÇMAZ-XEBERTV.AZ
    Bu gün Azərbaycan təcavüzkar Erməni vandalizmi tərəfindən işğal olunan Azərbaycan torpaqlarını işğaldan azad edir.Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır.Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 30 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 30 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər. Bu gün yalan informasiya yayan erməni şovinistləri uydurmalar yaymaqdansa Qafqazda daima gərginlik yaratmaq üçün istifadə olunan kukla olduqlarından utasınlar!!!!!!

    Yerinə yetirilməyən qətnamələr:

    1. ATƏT-in Parlament Assambleyasının Qətnamələri Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1416 (2005) saylı Qətnamə

    2. Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə 1690 (2005) saylı tövsiyə

    3. Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi ATƏM Şurasının birinci əlavə görüşü (Helsinki, 24 mart 1992-ci il)

    4. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi





    Sevda İsmayilova
    Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi
    loading...