Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • Ermənistanın terror cəhdlərinin qarşısı alındı - RƏSMİ
  • SON DƏQİQƏ: Daha 3 kənd işğaldan azad edildi - PREZİDENT
  • Erməni təxribatı: Daha 2 mülki şəxs öldü, 5-i yaralandı
  • Mehriban Əliyevadan Madagizlə bağlı paylaşım
  • İrəvanın etiraf etdiyi itkilərinin analizi... – Şərh
  • Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
  • Ukraynadan dəstək: Azərbaycana hərbi yardıma hazırıq
  • 02 Eki 2020, 22:22   
        78


    BAKI-XEBERTV.AZ
    Qarabağdakı erməni ordusunun yeganə xilas yolu...

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan yeni hücumu, hərbi təxribatı zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alan hərbçilərimizlə görüşüb. Sentyabrın son günü baş tutan bu görüş özündə bir sıra başlanğıcları ehtiva edir – torpaqlarımız azad olunur, yeni dönəm başlayır...

    Sentyabr uğurlu başlanğıclarla öz yerini daha uğurlu nəticələrinə inandığımız oktyabra verir. Və məhz ayların bu “təhvil-təslim günü”ndə duyğulu anlar yaşadıq; dövlətimizə bir daha güvəndik, bir daha qürurlandıq! Yeni aya yeni duyğular və dərin inamla daxil olduq!

    Mən “duyğu” sözünü təsadüfən işlətmirəm. Hind mütəfəkkir dövlət xadimi Mahatma Qandinin sözlərini xatırlatmaq istərdim: “Duyğularınıza diqqət edin – düşüncənizə çevrilir, düşüncənizə diqqət edin – fikrinizə çevrilir, fikrinizə diqqət edin – nitqinizə çevrilir, nitqinizə diqqət edin – hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin – xarakterinizə çevrilir, xarakterinizə diqqət edin – o sizin taleyinizə çevrilir”!

    Qarabağ bizim taleyimizdir!

    Zamanında məcburən Qarabağdan çəkiləndə də Qarabağ bizdən çəkilmədi – ruhumuza hakim oldu! İndi özümüzün olana dönürük, bizim olanı almağa gedirik! Müzəffər şəkildə gedirik, inamla irəliləyirik!

    Duyğuyla getdiyimiz, düşüncəsini yaratdığımız, fikrən təmin etdiyimiz və nəhayətdə hərəkətə keçdiyimiz müqəddəs yolda həm bizim xarakterimiz doğulur, həm o yol özü xarakterimizin müəyyənləşdirdiyi yol olur! Xaraktersiz mübarizə tarixcəsinə malik olan, əsilsiz savaş aparan Ermənistansa heç zaman Qarabağı öz taleyinə çevirə bilmədi! Zatən bu, mümkün də deyildi!

    Cənab İlham Əliyevin yaralı hərbçilərimizlə səmimi söhbəti, Mehriban xanımın gözyaşlarına hakim ola bilməməsi... – 30 sentyabr görüşünün özünəməxsus estetikasıydı, özəlliyi və gözəlliyiydi.

    “Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız.

    Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

    Bu, dövlət başçısının sözləridir. Bu sözlər Azərbaycan Respublikasının haqq işinin dəqiq ifadəsidir. Gənclərimizin ön cəbhədə apardığı mübarizənin tarixi-ideoloji əsaslarını və əlbəttə, sabaha baxışının əsaslarını ifadə edir bu sözlər. Onu ifadə edir ki, peşəkar ordumuz var.

    Bəli, biz öz doğma torpağımızda vuruşuruq – əsgərlərimiz xilaskarlıq missiyasını yerinə yetirir. Bəs bizim əsgərlərin qarşısındakı kimdir? İşğalçı erməni əsgərləri – məhz işğalçı və məhz onlara aid olmayan torpaqlarda mənasız xidmət keçən əsgərlər!

    İşin mənəvi, psixoloji, ideoloji və tarixi tərəfləri öz yerində; əsas sual: ard-arda xarici dövlətlərə, beynəlxalq təşkilatlara üz tutan Ermənistanın silahlı qüvvələri Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış ərazilərində hansı hüquqla mövcuddur? Ermənistan hansı beynəlxalq konvensiyanın müddəaları əsasında burada hərbi xidmətkeçmə təşkil edir?! Yoxsa, bizimlə onların arasında müqaviləmi var – onlardan xahişmi etmişik, üzərimizə öhdəlikmi götürmüşük ki, amandı, bizim ərazidə ordu saxlayın?!

    Bu, cavabı özündə suallara qarşı Ermənistanın əsla və əsla cavabı, izahı ola bilməz! Onların qondarma “dqr” kimi qələmə verdikləri separatçı, xunta rejimini isə hətta özləri belə tanıya bilməyəcək qədər zavallıdırlarsa, qarşılarında bir seçənək var. O seçənəyin formulunu Azərbaycan Prezidenti dəqiq göstərib:

    “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.

    ...30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti!

    ...Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırım törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur.

    ...Bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.

    Ermənistan öncəki xəbərdarlıqlardan, “peşman olacaqsız!” sözlərindən düzgün nəticə çıxarmadı; əvəzində, bugün Qarabağdakı Ermənistan qoşun birləşmələrinin başına od ələnir – peşman olmaqdadırlar; lakin neçə ki çox gec deyil, daha böyük peşmançılıqdan qacmaq istəyirlərsə, ədalətli sülhün alternativi olmadığını qəbul etməlidirlər! Dərhal ağ bayraq qaldırsalar, üzr istəsələr, Xocalı soyqırımı günahkarlarını ədalət mühakiməsinə təhvilvermə öhdəliyi götürsələr, bəlkə nicat tapalar. Hər mənasız dirəniş, sülh üçün itirilən hər gün onları “Qeyd-şərtsiz Təslim aktı”na qol çəkməyə bir o qədər yaxınlaşdırır.

    Ermənistan xalqı özünə, onları öz siyasi ambisiyalarının girovuna çevirən, işğalçı zehniyyətdən ciddi əziyyət çəkən, Azərbaycana ağılalmaz “7 şərt” irəli sürən bir Baş nazir deyil, ədalətli sülhün gərəyini yerinə yetirə bilən rəhbər seçə bilməlidir; bununla ilk növbədə özlərini girdabdan çıxarmış olarlar; bununla beynəlxalq hüquq normalarının bərqərar olmasına yol açılar, Qafqazlar rahat nəfəs alar...

    Prezidentin yaralı hərbçilərlə görüşü bir daha göstərdi ki,

    - yaralı əsgərlərimizin yarası hər bizimizin yarasıdır;

    - peşəkarlar ordumuz var;

    - hərbçilərimiz vətənpərvərdir, onların yüksək döyüş ruhu, qələbə əzmkarlığı var;

    - şəhidlərimiz baş tacımızdır, hərbçilərimiz şəhidlik şərbəti içməyə də, şəhidlərin qanını yerdə qoymamağa hazır və qadirdir;

    - müzəffər əsgərlərimiz yeniyetmə və gənclərimiz üçün örnəkdir!

    Fikirlərimi burada yekunlaşdırarkən, yenə də dövlət başçımızın yaralı hərbçilərimizlə görüşdə dediyi duyğulu sözlərə qayıtmaq istərdim:

    - Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib.

    Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

    Bu sözlər özünə hansısa əlavə, şərh yox, qəbul istər!

    Sözünüz sözümüzdür, cənab Prezident!

    Cənab Ali Baş Komandan, yolunuz yolumuzdur!

    Dövlətimiz var olsun!

    Qənirə Paşayeva,

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri


    Axar.az
    loading...