Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • Ermənistanın terror cəhdlərinin qarşısı alındı - RƏSMİ
  • SON DƏQİQƏ: Daha 3 kənd işğaldan azad edildi - PREZİDENT
  • 20 Eyl 2020, 15:19   
        57

    BAKI-XEBERTV.AZ
    Yunan liderin təxribatçı addımı, Makronun türkcə tviti və ABŞ-ın hərbi bazası - Türkiyəyə qarşı BÖYÜK PLAN

    Yunan liderin təxribatçı addımı, Makronun türkcə tviti və ABŞ-ın hərbi bazası - Türkiyəyə qarşı BÖYÜK PLAN
    Şərqi Aralıq dənizində Türkiyəyə qarşı müqavimətdə məğlubiyyətə uğrayan Yunanıstan və ən əhəmiyyətli müttəfiqi Fransadan yeni təxribat xarakterli açıqlamalar gəlməkdə davam edir.

    XEBERTV.AZ Publika.az- a istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias ehtiyac olduğu təqdirdə Avropadakı həmkarlarından Türkiyəyə qarşı tətbiq oluna biləcək sanksiya siyahısının hazırlamasını istəyib.

    N.Dendias bu açıqlamanı Praqada Tomas Petriceklə keçirdiyi mətbuat konfransında deyib.

    Yunan nazir “indi Türkiyəyə sanksiya tətbiq edilməsini istəmirik" deyib və Ankaranın əvvəlki addımlarına dönə biləcəyini qeyd edib.




    Bu açıqlamaların ardınca, Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Ankaradakı səfirini nazirliyə çağırıb.

    Yunanıstanın “Ethnos” qəzeti, Türk və Yunan hərbi heyətlərinin dördüncü dəfə NATO-nun Brüsseldəki mərkəzində bir araya gəldiklərini və beşinci görüşün sentyabrın 24-də olacağını yazıb.

    Kipr isə Fransanı dəstəklədiyini, Türkiyəyə qarşı tətbiq olunan sanksiyalarla əlaqəli bütün vasitələri aktivləşdirməyə hazırlığın lazım olduğunu bildirib.

    Digər tərəfdən Meis Adasını ziyarət edən və Ankaranın sərt reaksiyası ilə qarşılaşanYunanıstan Prezidenti Katerina Sakellaropulu bu dəfə Cənubi Kiprə getmədən əvvəl olay yaradacaq açıqlamalar verib.



    O, Yunanıstan və Kiprin Türkiyənin çağırışına cavab verməyə hazır olduqlarını deyib: “Diplomatiyanı təqib edirik. Ancaq bununla birlikdə ortaya çıxacaq hər cür çağırışa cavab verməyə hazırıq", - Sakellaropulu deyib.

    10 sentyabrda Aralıq dənizi sahillərində Aİ ölkələri liderlərini bir araya gətirən Fransa Prezidenti Emmanuel Makron isə Türkiyəyə qarşı nifrətini türkcə yazdığı tviti ilə göstərib.


    “Türkiyəyə konkret mesaj göndərdik: yaxşı niyyətli, sadəlövhlükdən uzaq, məsuliyyətli dialoqu yenidən açaq. Bu çağırış bundan sonra Avropa Parlamentinin də çağırışıdır. Görünən odur ki, eşidilib də. İrəliyə gedək”, - Fransa Prezidenti qeyd edib.

    Yunan mediası bu həftənin əvvəlində ABŞ-ın İncirlik Hava Bazasında saxlanılan 50 nüvə döyüş başlığını Krit adasındakı Suda bazasına köçürməyə hazırlaşdığı barədə şayiələrin çoxaldığını yazıb.

    ABŞ Senatının Xarici Əlaqələr alt komitəsinə rəhbərlik edən Viskonsin senatoru Ron Conson bu barədə "Washington Examiner"ə danışıb və bildirib ki, "İncirlikdə nə olacağını bilmirik. Ancaq ən yaxşısına ümid edirik, amma ən pisini də planlaşdırmalıyıq".



    "ABŞ Hərbi Dəniz Qüvvələri Yunanıstanın Krit adasındakı Suda Körfəzində bir baza saxlayır və bazanın əhəmiyyəti Vaşinqton ilə Ankara arasındakı gərginliklə artmaqdadır", - qəzetdə qeyd edilib.

    ABŞ Müdafiə Nazirliyi isə bütün bu açıqlamaları təkzib edib. Pentaqon sözçüsü polkovnik-leytenant Tomas Kampbell ABŞ-ın İncirlik Hava Bazasından köçmək fikrində olmadığını söyləyib: "ABŞ Türkiyə hökumətinin dəvəti ilə İncirlik hərbi hava bazasını illərdir istifadə edir. NATO müttəfiqimiz olan Türkiyə ilə güclü ortaqlığımızı sübutu etməyə davam edəcəyik", - T.Kampbell deyib.

    Akqabay
    loading...