Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 19 Eyl 2020, 18:27   
        50


    Zelinskinin Bakı ilə bağlı qərarı… - Politoloq

    Rəsmi Kiyev birmənalı olaraq öz mövqeyini bildirdi. “Ukraynanın milli təhlükəsizliyinin strategiyasında” Azərbaycanın strateji tərəfdaş dövlət siyahısına salınması ölkəmizin regionda diplomatik nüfuzu və etibarlı tərəfdaş bir ölkə olduğunu bir daha sübut edir.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ukrayna Prezidenti Vladimir Zelinskinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 14 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Ukraynanın milli təhlükəsizliyinin strategiyası”nda Azərbaycanın “strateji tərəfdaş dövlət” siyahısına salınması haqda danışarkən deyib.

    O bildirib ki, Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq əslində, bir neçə il əvvəl imzalanıb:

    “Lakin Ukraynanın daxili problemləri səbəbindən bu əməkdaşlıq istənilən nəticələri vermirdi. Görünür, Zelenski Azərbaycanı da strateji tərəfdaş dövlət siyahısına salaraq, bir necə il öncə imzalanan strateji tərafdaşlığı inkişaf etdirmək istəyir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana rəsmi səfər edib. Azərbaycanla Ermənistan arasındakı sərhəddə insidentdən sonra rəsmi Kiyev birmənalı şəkildə Azərbaycana dəstək verib, işğalı pisləyib və bəyanatlarda BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 4 qətnaməsini xatırladıb.

    Ümumiyyətlə, deyə bilərik ki, bu gün Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlər uğurla inkişaf etməkdədir. Hər iki ölkə bu gün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Digər tərəfdən, ölkələrimiz arasında uğurlu iqtisadi əməkdaşlıq aparılır. Onu da qeyd edim ki, Qara dənizdə karbohidrogen yataqların kəşf edilməsi Ukraynanın da bu sahəyə olan marağını xeyli artırıb. Bu məsələdə isə 100 ildən artıq bir təcrübəyə malik Azərbaycandan yaxşı tərəfdaş ola bilməz”.
    loading...