Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 19 Eyl 2020, 08:27   
        97

    BAKI-XEBERTV.AZ
    “Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"


    “Əslində Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı heç bir mövqeyi yoxdur. Və düstur - bütün tərəfləri razı salacaq bir həll yolu tapmaq - bu mövqe deyil, bu xoş arzudur, daha çox təbliğat hiyləsidir: guya, biz ilk dəfə demişik ki, hamı üçün məqbul variant lazımdır. Qarabağın “Ermənistanla oxşar yanaşmalarımız var” söyləməsi mənim üçün ikiqat anlaşılmazdır. İndi Ermənistanda heç bir yanaşma, mövqe, ictimaiyyətin biləcəyi bir model yoxdur”.

    Bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bir qrup politoloqla görüşdə bəyan edib.

    “İndi, əgər onlar oxşardırlarsa, nə ilə oxşardırlar? Ermənistanın mövcud olmayan mövqeyi ilə? Mən sadəcə anlamıram. Və bu təhlükəlidir. Əgər dəqiq bir mövqeyiniz yoxdursa, növbəti təklif sizin lehinizə olmayacaq, çünki vasitəçilər çox həssasdırlar və danışıqlar prosesində hansı tərəfin nə dərəcədə güzəştə getməyə hazır olduğunu anlamağa çalışırlar. Sizdən açıq yanaşmalar eşitməsələr, mövqeyinizin çox elastik olduğunu düşünərlər və bu elastiklik sizə qarşı istifadə edilə bilər. Bu çox təbiidir və gündəlik həyatda da belədir. Hər kəsin bu xəttin kənarında sizinlə razılaşmağın mümkün olmadığını başa düşməsi üçün aydın bir mövqeyə sahib olmaq son dərəcə vacibdir. Qoy desinlər inadkardır, desinlər ki, onunla danışıq aparmaq çətindir, mənim haqqımda deyiblər, bilirəm. İndi məsələ şəxsi rəğbətdə deyil, - yəni sən xoşa gəlirsən ya yox, sən milli problemi həll edirsən və əgər səni daha çox narahat edirsə ki, insanlar bu və ya sonrakı məqamda sənin haqqında nə düşünəcəklər, deməli, sən o vəzifədə deyilsən və o işlə məşğul deyilsən, sənin statusun o deyil", - deyə Koçaryan Qarabağ münaqişəsi ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyini tənqid edərkən bildirib.

    Robert Koçaryan son vaxtlar Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə də münasibət bildirib.

    “Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq, həmçinin bu hazırlığın belə nümayişi olmamışdı. Türkiyə müəyyən dərəcədə Rusiyanı tarazlaşdırmağa çalışır. Bu mənim təəssüratımdır. Məsələn, 2016-cı ilin aprel müharibəsi zamanı Rusiyanın müdaxiləsinin çox aktiv olduğunu xatırlayırsınız. Atəşkəsə Müdafiə nazirlərinin zəngləri, Müdafiə nazirliklərinin vasitəçiliyi ilə nail olunmuşdu. İndi Türkiyə hesablaşmaq məcburiyyətində qalınacaq amilə çevrilmək istəyir... Türkiyə göstərdi ki, onun daha çox müstəqilliyi var. Bu gün o, öz mövcudluğunu çox praktik, cəsarətli, tədrici addımlarla möhkəmləndirməyə çalışır və nümayiş etdirmək istəyir ki, burada heç kim Ankarasız ciddi bir addım ata bilməsin”, - deyə Koçaryan vurğulayıb. (Virtualaz.org)
    loading...