
Ermənilərin yeni məkri - Qarabağı Rusiya protektaratına verirlər
Ermənistandakı Rusiya hərbi bazası təlim zamanı
BAKI-XEBERTV.AZ
Ermənistandakı Rusiya hərbi bazası təlim zamanı
Nikol Paşinyanın əlaltıları işə düşüb
Ermənistan baş nazir Paşinyan Madrid prinsipləri üzrə danışıqlardan qaçmaq üçün yeni oyun qurub - əlaltıları Qarabağı Rusiya protektaratına verməyi tələb edirlər.
İstiPress-in məlumatına görə, ilkin olaraq bu təkliflə çıxış edən Qarabağ klanı təmsilçilərin İrəvanla düşmənçilik etdiyi düşünülə bilər. Ən azından onlar Azərbaycanın işğal edilmiş rayonlarında İrəvanın tam əksinə olan addımları təbliğ edirlər. Məsələn, Ermənistanda rus telekanalları və rus məktəbləri bağlandığı halda, işğal rejiminə yaxın KİV-lərdə rusdilli təhsil təbliğ olunur və bu, hətta ermənipərəst Rusiya KİV-lərinə də ötürülür.
Məsələn, Simon Karaxanyan adlı erməni müəllif “Regnum”da çıxış edərək, İrəvanın 5 rusdilli telekanalı bağlamasının əksinə olaraq, Qarabağda, yəni Azərbaycanın işğal edilmiş rayonlarında rusdilli təhsilin həm orta, həm də ali təhsil mərhələsində himayə olunduğunu iddia edir.
İşğal rejimi ilə İrəvan arasında xəyali düşmənçilik yaradan müəllif daha sonra Ermənistanı cəzalandırmqa üçün Qarabağın Rusiya protektoratına keçməsini təklif edir və bununla da İrəvanın Qarabağ üzərində nəzarəti itirəcəyini iddia edir: “Rusiya protektoratı ilk növədə İrəvanla danışıqlarda Qarabağın mövqelərini gücləndirəcək. İkincisi, münaqişə tərəfi kimi danışıqlar masasında oturmaq şansını artıracaq. Üçüncüsü, qismən tanınmaqla bağlı məsələni, bəlkə də həll edəcək”, - deyə Rusiya dərin dövlətinə işləyən portalın erməni müəllifi yazır.
Və elə bu cümləsi ilə də Paşinyanın Rusiya qarşısında yeni nökərçiliyinin konturlarını cızır - Paşinyan da Zori Balayan kimi Qarabağı Abxaziya statusunda Rusiyanın tərkibində görmək istəyir. Amma indiyə kimi onu yemləmiş Qərbin qorxusunda bunu Qarabağdakı əlaltılarının vasitəsi ilə deyir.
Əgər Rusiya dərin dövləti Paşinyanın bu növbəti sayıqlmasını maraqlı qəbul eldərsə, onda Nikol Madrid prinsipləri ilə danışıqları davam etdirməkdən yaxa qurtara bilər. Çünki Madrid prinsipləri ilk növbədə Qarabağ ətrafınadkı rayonların Azərbaycanın nəzarətinə verilməsini, ikinci mərhələdə azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılmasını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusuna baxıla bilər və referenduma qədər ona aralıq status verə bilər.

Ermənistanda neofaşislərin yaratdığı paranoik durum dünyanı xristian güclərinin idarə etdiyinə, həmin xristianların yardımı ilə türk müsəlmanları son nəfərə qədər qıracaqlarına inanan əhalini o vəziyyətə gətirib ki, bu iki mərhələni yerinə yetirən rəhbəri kütləvi daş-qalaq gözləyir. Sadə erməni 1930-cu illərin aldadılmış almanları kimi ari irqinə mənsub olduğuna, ari irqinin bütün irqlərdən üstün olduğuna, türklərin yaşmaq hüququ olmadığına inanır və buna görə də istənilən qədər türk qanı tökməyə mənəvi haqqı olduğunu düşünür.
Yəni belə durumda türklərə torpaq vermiş və onlara yaşamaq hüququ tanınmış istənilən lider milli xəyanətkar sayılacaq. Bu faşist ideologiyanın banisi Qaregin Njde olsa da və onu Paşinyanın əsas rəqibi Serj Sarkisyan təbliğ etsə də, özünü liberal kimi təqdim edən Nikol bu paranoyanı dağıda bilmir və ona görə də Sarkisyandan da çox millətçi, eyni zamanda Rusiyapərəst olduğunu sübut etməyə çalışır.
Yəni Qarabağın Rusiya protektaratına keçirilməsi ideyası da məhz Paşinyandan gəlir. “ArmenianReport” Paşinyanın özünü Sarkisyan kimi aparmasının sirrini dünən dərc etdiyi yazdığı məqalədə ətraflı izah edib: “Bunlar yalanlarla və boş vədlərlə tutduqları hakimiyyəti saxlamaq üçün istənilən satqınlığa hazırdırlar. Paşinyan Lukaşenkodan da çox Rusiyapərəst olmağa hazırdır”,- deyə məqalədə vurğulanır.