Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • Kişilərin erkən ölüm səbəbləri açıqlandı
  • İnanılmaz: İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi
  • İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü - General
  • Korona əleyhinə rus peyvəndi barədə inanılmaz: Üzərində 25 ildə 3 nəsil işləyib...
  • Aktaudan 559 azərbaycanlı ölkəmizə gətirildi
  • 09 Eyl 2020, 21:50   
        82



    Türkiyə-Yunanıstan gərginliyi müharibə mərhələsinə çatıb - İki ölkənin silah arsenalı necədir?
    BAKI-XEBERTV.AZ
    Türkiyə-Yunanıstan gərginliyi müharibə mərhələsinə çatıb - İki ölkənin silah arsenalı necədir?

    Türkiyə və Yunanıstan arasında vəziyyət getdikcə gərginləşir. Dünən Türkiyə Prezidenti Ərdoğan hökumətin toplantısında Şərqi Aralıq və Egey dənizindəki mövcud vəziyyəti müzakirə edib. Ərdoğan toplantıdan sonra Aralıq dənizində qazma-axtarış işləri görən “Oruc Rəis” gəmisinin müdafiəsi ilə bağlı xüsusi təlimat verib. Təlimata görə, “Oruc Rəis” gəmisini mühafizə edən türk donanması təhlükə yaranacağı təqdirdə birinci atəş açmamalı, amma təcavüz hərəkətlənmə olarsa misilləmə ilə cavab verməlidir. Beləliklə, gərgin hərbi-siyasi vəziyyət tədricən müharibə mərhələsinə keçmək üzrədir.

    NATO müttəfiqi olan Türkiyə və Yunanıstanın hərbi imkanlarını oxuculara təqdim edir:

    Türkiyənin müdafiə büdcəsi 2020-ci ildə 19 milyard, Yunanıstanın müdafiə büdcəsi 4,84 milyard dollardır. Türk ordusunda personal sayı 900 min olduğu halda Yunanıstan ordusunun ümumi sayı 200 mini keçmir. Real müharibə vəziyyətində Yunanıstan 2,5 milyon, Türkiyə isə 21 milyon hərbi səfərbərlik həyata keçirə bilər.

    Qlobal Fire Poverin 2020-ci il hesabatında bildirilir ki, Türkiyə dünyanın ən güclü 13-cü ordusuna, Yunanıstan isə 35-ci ordusuna malikdir.

    Son illər milli imkanları hesabına istehsal olunan sistem və silahlarla təchiz olunan hərbi gəmilər, katerlər, sualtı qayıqlar, hücum gəmiləri ilə türk donanması Şərqi Aralıq dənizinin ən güclü donanması hesab olunur. Hazırda türk donanmasının sərəncamında 16 ədəd firkateyn, 12 sualtı qayıq, 11 mina daşıyıcı, 10 ədəd korvet, 16 ədəd digər hərbi gəmi var. Həmçinin 127 mm-lik top, səkkizlik gəmi əleyhinə torpedalar, 16 hava müdafiə mərmisi, 3 hava müdafiə sistemi mövcuddur.

    Türk Silahlı Qüvvələrinin (TSK) arsenalında ayrıca olaraq 4 ədəd Yavus Sinifi və 8 Qabya sinifinə məxsus firkateyn var. Eyni zamanda bu yaxınlarda TSK-ya təhvil verilən MİLGEM donanmaya əlavə güc qatır. Türk donanmasına kilometrlərlə uzaqlıqda üstünlük verəcək TCG Anadolu təyyarə gəmisi isə bu günlərdə donanmaya təhvil veriləcək. Artıq TCG UFUKA A-591 gəmisi də dənizə enib. Bu gəmi dənizdə kəşfiyyat məlumatları toplamaqda xüsusi əhəmiyyətə malikdir.

    Yunanıstan donanmasında vəziyyət isə bir qədər fərqlidir. Donanmanın tərkibində 13 ədəd firkateyn, 11 sualtı qayıq, 4 mina daşıyan gəmi var. Bu gəmilər 1970-1980-ci illərdə istehsal edilib. Böyük hərbi gəmiləri olmayan Yunanıstanın 13 ədəd xilasedici, 20 ədəd hücum gəmisi var. Özünün hərbi sənayesi olmayan Yunanıstan hərbi ləvazimat baxımından sıxıntılar yaşayır. Uzun illərdir böhranda olan Yunanıstan köhnəlib sıradan çıxan silahlarının yerinə yenisini də qoymaqda çətinlik çəkir.

    Türkiyə quru qoşunları ilə də dünyada əsas ordulardan sayılır. Quru qoşunları sayına görə, NATO-nun dördüncü, dünyanın beşincisi sayılır. Hazırda TSK-nın ixtiyarında 2620 tank, 8777 zirehli avtomobil, 438 ədəd raket sistemi, 1276 ədəd artilleriya topu, 1260 ədəd təkərli top var. Bundan başqa, Qaplan, Poyraz, Pars, Zaha, Amazon, Arma, Hizir, Pusat, Vuran və Yörük kimi zirehli və təkərli atəş açan avtomobillər mövcuddur.

    Türkiyənin özünün istehsal etdiyi “T-155 Fırtına” tankları ən güclü silahlardan sayılır. Həmçinin Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemləri də TSK-nın arsenalına daxildir. Ordunun arsenalında qısa, orta və uzun mənzilli raket sistemləri də quru qoşunların gücünə əlavə güc qatır.

    KORAL (mobil elektron hərbi sistemi) ən əhəmiyyətli sistemlərdən biri kimi önə çıxır. Gecə və gündüz müşahidə aparan hədəfi təsbit və təqdib edən SARS sistemləri də bu baxımdan vacib silah sayıla bilər. TSK-nın arsenalındakı dronlar, pilotsuz uçuş aparatları xüsusi çəkiyə malikdir.

    Yunanıstanın quru qoşunlarının arsenalında 1355 tank, 3691 ədəd zirehli avtomobil, 125 ədəd raket sistemi, 547 ədəd motorlu top, 463 ədəd təkərli top qurğusu var.

    Yunanıstanın 170 ədəd “Leopard 2 A-6 Hell” və 180 ədəd “Leopard 2 A-4” tankı var. Yunanlar zirehli əsgər daşıyan avtomobilləri digər ölkələrdən alır. Raket sistemlərinin sayı isə cəmi 140 ədəddir ki, onların da istehsal olunduğu müddət 50 ildən az deyil.

    Yunanıstanın hava müdafiə sistemində diqqət çəkən xüsusi silah ABŞ-dan alınan “Patriot” və Rusiyadan aldıqqları “Tor” sistemləridir.

    Hərbi hava qüvvələrinin müqayisəsində də Türkiyə ordusu yüksək üstünlüyə malikdir. Xüsusilə dron və PUA-ların Suriyada, ATAK helikopterlərinin isə Liviyada uğurlu olması faktdır.

    Mütəxəssislərə görə, türk hava qüvvələri qarşısında Yunanıstanın heç bir şansı yoxdur. Türk hava qüvvələrinin arsenalında 414 hərbi təyyarə, 497 helikopter, 195 ədəd dron, 80 ədəd nəqliyyat təyyarəsi var. Türk hava qüvvələrinin ana gücünü 240 ədəd “F-16” və 47 ədəd “F-4” təşkil edir. “F-16” qırıcıları moderinzasiya edilib.

    Türk hava qüvvlərinin 414 qırıcısı və 497 helikopteri qarşısında Yunanıstanın 248 ədəd qırıcısı və 231 ədəd helikopteri var. 15 hərbi nəqliyyat təyyarəsinə malik Yunanıstanın hava qüvvələrində 44 ədəd “F-4”, 47 ədəd “Mirage-2000” və 157 ədəd “F-16” var.

    Türkiyə və Yunanıstanın bərabər sayda kəşf və öncədən xəbərdarlıq verən AVASC təyyarəsi var. Həmçinin “F-16” qırıcılarını havada 3 dəqiqə yanacaq dolduracaq imkana malik KC-135 tankeri Yunanıstana deyil, Türkiyəyə məxsusdur. Ayrıca 11 “C-160”, “C-130”, “CN-135” və “A400-M” türk hava qüvələrinə məxsusdur. Yunanıstanın isə “C-27”, “C-30” təyyarələri türk təyyarələri ilə müqayisədə daha qədimdir.

    Türk hərbi sənayesi raket və raket sistemləri istiqamətində son illər ciddi irəliləyiş əldə edib. Yunanıstanla müqayisədə Türkiyənin 100 kilometrlik mənzilli raketləri daha çoxdur. Türkiyə bunları özü istehsal etdiyi üçün sayı kifayət qədərdir.

    TSK-nın arsenalında MAM-C, MAM-L, OMTAS, UMTAS-L, SOM-A, SOM-B1, SOM-B2, SOM-J, habelə L-UMTAS kimi bir çox lazer əsasında idarə olunan milli raketlər də mövqe tutur.

    Reyting.az
    loading...