Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 06 Eyl 2020, 18:38   
        420



    Paşinyan niyə müharibəyə can atır? – İki səbəb

    Ermənistan var gücləri ilə çalışır ki, danışıqlar prosesini pozsun. Paşinyanın himayəsi altındakı qondarma rejim də buna can atır.

    XEBERTV.AZ xəbər verir ki,bunu Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Arutunyanın “danışıqlara yox, müharibəyə hazırlaşmaq lazımdır” bəyanatına münasibət bildirərkən deyib. Səməd Seyidovun fikrincə, işğalçı dövlət və onun himayəsindəki qondarma rejim sabitliyi pozmağa hazırlaşır:

    “Onlar beynəlxalq güclərə mesaj göndərmək istəyirlər ki, guya təhlükə altındadırlar. Bu nöqteyi-nəzərdən, Arutunyanın dediklərində qeyri-adi heç nə yoxdur. Bu ilin iyul hadisələri də göstərdi ki, ermənilər təxribatlara can atır”.

    Səməd Seyidov bildirib ki, bu gün söhbət başqa tərzdə getməlidir:

    “Söhbət ondan getməlidir ki, bu gün Ermənistanın içərisində gedən proseslər onları müharibə etməyə, hansısa təxribatlar törətməyə vadar edir. Çünki onlar faktiki hakimiyyəti hər hansısa formada saxlamağa çalışırlar. Səbəbi odur ki, Ermənistanda müxalifət ciddi şəkildə baş qaldırıb. Üstəlik, sosial problemlər öz həllini tələb edir. Keçmiş prezidentlər Köçəryan və Sarkisyanın bəyanatlarına baxsanız görərsiniz ki, Ermənistanda ciddi siyasi savaş gedir. Məhz bu səbəbdən Ermənistandakı və işğal altındakı ərazilərimizdəki qondarma rejim diqqəti yayındırmaq istəyir".

    Deputat bildirib ki, indiki durumda Ermənistanda heç bir halda sülh sərf etmir:

    “Ona görə də Arutunyan və başqaları bu kimi bəyanatlar verirlər. Əslində bunların müharibə aparmağa, təkbaşına bu işləri görməyə gücləri yoxdur. İkinci səbəb odur ki, Ermənistan həmişə Rusiyanın plasdarmı olub. Rusiya həmişə bunlara yardım göstərib. Onlar bu cür bəyanatlarla Rusiyadan növbəti dəfə Ermənistana silah göndərməsini istəyirlər. Çağırışları isə bu cür edirlər. Bunların hamısı bizi düşündürməyə vadar etməlidir”.
    loading...