Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 21 Ağu 2020, 08:51   
        213

    Turan Ordusu bu tarixdə elan edilir? – Polkovnik

    Turan Ordusunun oktyabrın 29-na kimi qısa bir müddətdə yaradılması mümkünsüzdür. Çünki bu, elə də sadə bir layihə deyil. 20 ildən artıq bir müddətdir ki, Türkiyə rəhbərliyi bu yöndə işlər görür. Xüsusilə də son illərdə bu məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) iclaslarında da təklif edilib.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov türkiyəli strateq Kaan Sarıaydının Turan Ordusunun yaradılacağı haqda sözlərini şərh edərkən deyib.

    Polkovnikin sözlərinə görə, Turan Ordusunun yaradılması türk ölkələri üçün çox vacibdir:

    “Prinsip etibarilə bu gün ölkələr geosiyasi arenada təşkilatlar nəzdində çıxış etməyə daha çox maraqlıdır. Şübhəsiz, bu gün Türkiyə regionda sözü keçən, sayılan qüdrətli bir ölkədir. Lakin Türkiyə də başa düşür ki, Avropa Birliyi və ya NATO kimi təşkilatlarla daha böyük işlər görmək mümkündür.

    Turan Ordusu layihəsi uzun illərdir gündəmdə olan həyati, bir o qədər də həssas bir mövzudur. Turan Ordusu türk ölkələrinin vahid bir təşkilatda yarada biləcəyi NATO bənzəri bir layihədir. Türkiyə bu məsələdə uzun illərdir təkliflər edir. Onu deyim ki, mən də bu təklifə müsbət baxıram və zəruri sayıram. Çünki şimal qonşumuz Rusiya belə öz təşkilatını yaradıb. Təəssüf ki, düşmən Ermənistan da bu təşkilatın bir parçasıdır. Belə bir vəziyyətdə Azərbaycanın da güclü bir hərbi təşkilat daxilində olması vacibdir.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu mənada uzun illərdir uğurla fəaliyyət göstərir. İlk illərdə türk ölkələri arasında mədəni, tarixi, etnik bağların qorunması əsasında yaransa da, bu gün iqtisadi-siyasi mövzularda kifayət qədər mühüm işlər görülməkdədir. Şübhəsiz, təşkilat gələcəkdə NATO bənzəri bir orduya ehtiyac duyacaq ki, məhz bu zaman biz Turan Ordusundan bəhs edə bilərik. Düşünürəm, Turan Ordusunun oktyabrın 29-na qədər yaradılması inandırıcı deyil. Lakin gələcək üçün bu, çox müsbət və vacib bir addım ola bilər. Bunun üçün hələ çox işlər görülməlidir”.
    loading...