Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 18 Ağu 2020, 20:47   
        306


    Vəziyyət pisdir, Qarabağdan hər an müharibə başlaya bilər - Polkovnik DETALLARI AÇDI



    BAKI-XEBERTV.AZ
    "Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi dostları sevindirdiyi kimi, düşmənlərimizi qorxuya salıb”.

    Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, bu səfər iki ölkənin birlik və bərabərlik içərisində olduğunu bütün dünyaya göstərir:

    "Dağlıq Qarabağla bağlı hazırda region təhlükəlidir, hər an müharibə ola bilər. Regionun sakitləşməsi ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilr. Ümumilikdə işğal altındakı torpaqların ətrafında gedən proseslər onu göstərir ki, bu münaqişənin həll etməyin vaxtı çatıb. Dağlı Qarabağ məsələsi həll olunmayana qədər regionda çoxlu problemlər ortaya çıxacaq. Fikir versəniz, böyük dövlətlər bəzən maraqlarını təmin etmək üçün qaynar nöqtələrdən istifadə edirlər. Biz bunu Suriyada, Liviyada görürük. Dağlıq Qarabağın işğal altında qalması, təkcə Azərbaycan üçün yox, bütövlükdə region üçün çox böyük təhlükə mənbəyidir. Qardaş Türkiyə də bunu yaxşı başa düşür və bu baxımdan bütövlükdə regionda sabitliyi qorumaq üçün Azərbaycana öz dəstəyini verir”.

    Ekspert Türkiyənin Azərbaycanın yanında olmasını vacib hesab edir:

    "Ermənistan Rusiyaya arxalanır və bütün təhlükəsizlik məsələlərinə Moskvanın prizmasından baxır. Azərbaycan üçün də güclü bir qardaşının olması vacib amildir.

    Bütün dünya bilir ki, Azərbaycanın məqsədi sadəcə torpaqlarını işğaldan azad etmək, öz torpaqlarından didərgin düşən insanları evlərinə geri qaytarmaqdır. Amma Ermənistanın arxasında dayanan qüvvələr bizim bu məqsədə çatmağımıza imkan vermir. Azərbaycana Türkiyənin dəstək olması regionda bir çox problemlərin, xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayacaq.

    Həmçinin, Türkiyə kimi böyük bir dövlətin bu gün açıq şəkildə Azərbaycanın haqq davasını dəstəkləməsi düşmənə, onun havadarlarına bir mesajdır. Bu birlik düşmənin canına qorxu salır. Onlar hərbi təlimlərin başladığı ilk gündən qorxu narahatllıq içərisindədirlər.

    Amma istər Azərbaycan, istərsə də Türkiyə hər zaman regonda sülhü və sabitliyi qorumağa çalışıb.

    Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişinin məqsədlərindən biri də budur”.

    Ş.Ramaldanov Azərbaycanın təkbətək döyüşə hazır olduğunu bildirib:

    "Azərbaycan hər zaman Ermənistanla təkbətək döyüşə hazırdır. Bunu dəfələrlə ölkə başçısı Prezident İlham Əliyev də vurğulayıb. Azərbaycan və Ermənistan təkbətək müharibəyə başlasa, ordumuz qısa zamanda düşmənin ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad edər. Buna heç kimin şübhəsi olmasın!

    Amma düşmən o qədər qorxaq və ikiüzlüdür ki, bunu qəbul etmir və öz təxribatlarına davam edir”.(Redaktor.az)
    loading...