Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 14 Ağu 2020, 22:03   
        320

    BAKI-XEBERTV.AZ
    “Rusiyanın Azərbaycana qarşı bu addımının bir adı var – XƏYANƏT!”

    Elman Məmmədov: “Torpaqlarımızın 20%-nin işğal edilməsində SSRİ və Rusiyanın iştirakı inkaredilməzdir”

    Məlum olduğu kimi, Prezident İlham Əliyev avqustun 12-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatın ardınca, Rusiyadan işğalçı ölkəyə 400 ton hərbi yükün daşınması ilə bağlı narahatlığını dilə gətirib, bunun Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu bildirib.

    Prezident İlham Əliyevin Putinlə danışıqlarda Azərbaycanın narahatlığını açıq şəkildə dilə gətirməsi, baş verənlərə görə Rusiya prezidentindən izahat tələb etməsi, hər şeydən öncə siyasi cəsarət nümunəsi hesab edilə bilərmi? Ölkə başçısının məlum etirazının Rusiyanın bu yöndəki davranışlaırna hansısa dərəcədə təsir göstərməsi gözləniləndirmi?

    Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

    “Əslində sualınızda qeyd etdiyiniz kimi, bu telefon danışığında cənab prezidentimizin ortaya qoyduğu iradə onun siyasi cəsarətini bir kəs daha ortaya qoydu. Reallıq budur ki, Rusiyanın Ermənistana hərbi yardımları onun Azərbaycanla olan qonşuluq, tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin üstünə ciddi şəkildə kölgə salır. Bu, ilk dəfə deyil ki, baş verir. 1988-1994-cü illər ərzində SSRİ və Rusiyanın Ermənistana bənzər yardımlarına şahid olmuşuq. Xüsusilə də Xocalı soyqırımı zamanı öncə SSRİ-yə, daha sonra Rusiyaya aid olan 366-cı motoatıcı alayın bu soyqırımda bütün canlı qüvvəsi və hərbi texnika ilə iştirak etdiyi danılmazdır. Azərbaycanın 20% torpaqlarının işğal edilməsində SSRİ və Rusiyanın iştirakı inkaredilməzdir.

    Ulu öndərimiz hakimiyyətə gələndən bu günə qədər Azərbaycabn dövləti hər zaman çalışıb ki, Rusiya ilə yaxın qonşuluq, dotsluq münasibətləri saxlasın. Biz bunu edirik və Rusiya ilə münasibətlərimizdə səmimiyik. Rusiya tərəfi isə bildirmişdi ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşıdır. Ancaq biz son 26-27 il ərzində Rusiyanın bu sözlərinin əksinə olaraq, qeyri-səmimilik görmüşük. Rusiyanın bilavasitə və ya dolayı yollarla işğalçı dövlətə böyük miqdarda yardımlar etməsinə şahid olmuşuq. Gürcüstan yolunda saxlanılan Rusiyanın böyük silah-suursat karvanı da sübut etdi ki, Rusiya Azərbaycanla münasibətində səmimi deyil. Sözü və əməli arasında heç bir əlaqə yoxdur.

    Biz istərdik ki, Rusiya bu cür addımlar atmasın. Onun bu həərkətləri Azərbaycan ərazilərinin işğal altında qalmasına səbəb olur. O, bu hərəkətləri ilə işğalçını bir növ həvəsləndirir, onu qoruyur. Rusiya bu silahları guya Ermənistandakı rus hərbi bazasına göndərdiyini iddia etsə də, bu iddialar əsassızdır. Həmin silahlar ermənilərə evrilir. Rusiya sonda məcbur etdi ki, cənab prezidentimiz bunu birbaşa sərt şəkildə dilə gətirsin. Ölkə başçımız faktlar əsasında göstöərdi ki, Rusiya Azərbaycanla münasibətində səmimi deyil.

    Rusiya prezidenti bu deyilənlərdən nəticə çıxarmalıdır. Əfsus ki, biz hələ ki, bunu görmürük. Biz onlara dost əlimizi uzatsaq da, onlar qeyri-səmimilik və saxtakarlığa yol verirlər. Dostluqda, yoldaşlıqda isə bunun adı xəyanətdir”.
    loading...