Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi
  • Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...
  • Papaqlı Kişilər, sizi bir ömür gözlərik...
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • 13 Ağu 2020, 23:40   
        58


    "Cənubi Qafqazda sabitliyin pozulması Rusiyanın daxilində Şimali Qafqaz "detonator"unu işə sala bilər"

    BAKI-XEBERTV.AZ
    Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Ankara səfərinin ardınca dünən Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi böyük nümayəndə heyəti Bakıya səfərə gəlib. Tovuz istiqamətində Azərbaycana qarşı yeni cəbhənin açılması 2 ölkə arasında hərbi-siyasi əməkdaşlığın yeni mərhələsinə təkan verdi.

    Tovuz döyüşlərinin ardınca Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də bu, əməkdaşlığın təməli qoydu. Son günlər təlimlərin başa çatmasından sonra nələrin olacağı haqda verilən çoxsaylı sualların cavabı tədricən aydın olur. İiki ölkə arasında əməkdaşlığın intensivləşməsi artıq faktdır.

    Amma hər şey ilk baxışdan göründüyü qədər sadə və birmənalı deyil. Əvvəla, bu gün Ankaranın böyük bir regionda fəallaşması heç də hamını qane etmir və istər Türkiyənin üzvü olduğu NATO ölkələri (Fransa, Yunanıstan), istər Rusiya, istərsə də digər ölkələr (Misir, BƏƏ və SƏ) buna açıq müqavimət göstərirlər.

    Bunun nəticəsində Böyük Orta Doğuda yaxın zamanlarda təkcə siyasi deyil, həm də hərbi aktivliyin daha da artacağını proqnozlaşdırmaq olar. Bəs bölgə uğrunda gedən savaşda Ankaranın tərəfdaşları hansı ölkələrdir? Bu siyahıya yüksək ehtimalla ABŞ-ı, İsrailı, Qətəri və Əlcəzairi daxil etmək olar.

    Cənubi Qafqazda Ankaranın maraqları əsasən Moskva və onun hərbi müttəfiqi olan İrəvanla toqquşur. Amma belə görünür ki, Erdoğan hökuməti Azərbaycan məsələsində birmənalı mövqedədir və geri çəkilmək fikrində deyil. Amma Putin hakimiyyətinin də geri çəkilməyə heç bir əsası yoxdur.

    Belə ki, indiki mərhələdə Rusiyanın onun üçün həyati əhəmiyyət kəsb edən Yaxın Şərq bölgəsinə yolu Qafqazlardan keçdiyi kimi, onun qarşısını kəsmək üçün də ən optimal məkan elə Cənubi Qafqazdır. Deməli, Rusiya da məqsədinə nail olmaq üçün bölgənin hər 3 ölkəsinə təzyiqlərini davam etdirəcək.

    Azərbaycana, Ermənistana və Gürcüstana təzyiq üçün isə Kremlin arsenalında olan vasitələr yetərincədir. Amma burda da hər şey ilk baxışdan göründüyü qədər sadə deyil, çünki Cənubi Qafqazda sabitliyin pozulması Rusiyanın daxilində Şimali Qafqaz "detonatorunu" işə sala bilər.

    Mövcud daxili siyasi və sosial-iqtisadi vəziyyətdə də Moskva üçün bu, əlavə destabilizasiya faktoru olardı. Digər tərəfdən də seçkilərin ardınca gərginliyə qədəm qoyan Belarus və Kremlin özünün yaratmış olduğu qeyri-sabit Şərqi Ukrayna ilə yanaşı Qafqazda baş verə biləcək təlatümlər Rusiyaya ətrafında qeyri-sabitlik zonasını genişləndirə bilər.

    Nəticədə Rusiya ərtafında böyük xaos zolağı yarana bilər ki, bu da onun özünün daxili sabitliyinə təsirsiz ötüşə bilməz. İndi məntiqlə tərəflər mübahisələr və qarşıdurmalar yarada biləcək bütün məsələləri siyasi yollarla çözməyə çalışmalıdılar. Amma bunun üçün siyasi iradə olmalıdır.

    moderator.az
    loading...