Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi
  • Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...
  • Papaqlı Kişilər, sizi bir ömür gözlərik...
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • 08 Ağu 2020, 11:23   
        69

    BAKI-XEBERTV.AZ
    İşğalçı ölkə Naxçıvan istiqamətində xüsusi hərbi təlim keçirdi... -FOTO
    "Ermənilər avqustun 10-da öz xeyirlərinə saxtalaşdırmaq istədikləri Sevr müqaviləsinin 100 illiyinin tamam olduğunu xatırladıb..."



    Ermənistanın cənub-qərb istiqamətində Naxçıvanla sərhədə yaxın yerləşən hərbi hissələrdən birində hava-desant qüvvələri, hərbi aviasiya, artilleriya, atıcı və moto-atıcı bölmələrin iştirakı ilə xüsusi taktiki təlimlər keçirilib.

    Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Onik Qasparyan avqustun 7-də hava-desant bölmələrinin təlimlərini müşahidə edib.

    Erməni tərəfi təlimlərin iyulun 29-da başlayan və avqustun 10-da başa çatacaq Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda keçirildiyini vurğulayıb.
    İşğalçı ölkə mediası avqustun 10-nun simvolik tarix olduğunu vurğulayıb, çünki həmin gün – 1920 -ci ildə imzalanmış Sevr Sülh Müqaviləsinin 100 ili tamam olur. “Ermənistanın tarixi və siyasi hüquqları haqqında təəssüf ki, bir sıra hərbi-siyasi şərtlər üzündən kağızda qalmış müqavilə” – yazan “Lragir” erməni nəşri “Təlimləri hazırlayarkən Türkiyə və Azərbaycan bu gün barədə düşünübmü?” sualını verir.



    Xatırladaq ki, 10 Avqust 1920-ci ildə Birinci Dünya Müharibəsindən sonra Parisin 3 km qərbində, Sevres (Sevr) şəhərinin ətrafındakı Keramika Muzeyində (Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 İyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir.



    Türkiyənin bir sıra vilayətlərinin onlara verilməsi tələbilə çıxış edən ermənilər iddia edirlər ki, Ermənistan SSR keçmiş SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər isə keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün, iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə Böyük Millət Məclisi arasında), ABŞ prezidenti Vudro Vilsonun I Dünya müharibəsi başa çatdıqdan sonra təklif etdiyi və Türkiyə daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imazalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir.

    Lakin ermənilərin bu iddiaları tarixi faktları öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil...

    Sultan Laçın
    loading...