Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 05 Ağu 2020, 00:00   
        94

    BAKI-XEBERTV.AZ
    Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...

    “İki həftədir ki, Gürcüstan tərəfi Rusiyadan Ermənistana gedən yüklərin sərhədi keçməsinə icazə vermir. Bunlar dağ-mədən, yol tikintisi və s. kimi sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdir. Rusiya istehsalı olan partlayıcı maddə daşıyan avtomobillər Larsda Rusiya tərəfinin bütün prosedurlarından keçib, lakin Gürcüstan tərəfi onların gömrük sərhədini keçməsini qadağan edib”.

    Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında işğalçı ölkə saytları məlumat yayıb.

    “Bu yüklər "Geopromining" mədən şirkəti və Ağarak mis-molibden kombinatının işi üçün nəzərdə tutulub”- Aravot.am-a verdiyi müsahibədə partlayıcı maddələr istehsal edən Rusiyanın “Promsintez” şirkətinin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Anna Batikova belə deyib.

    Onun sözlərinə görə, illərdir “Geopromining”, Ağarak Mis-Molibden Kombinatı və s. erməni şirkətləri bəhs edilən məhsulları Ermənistana idxal edir.

    “Bu il artıq 40-a yaxın yük maşını göndərilib. Yüklər hər ay müəyyən olunmuş qaydada göndərilməlidir. Biz Gürcüstan hökumətinə, gömrük xidmətinə məktublar yazdıq, heç bir cavab almadıq. Yüklərin Ermənistana verilməsinin nə üçün qadağan olunduğunu izah etmirlər. Üstəlik, bu, ilk dəfə olur. Ən böyük şirkətlərdən biriyik, uzun illər təcrübəmiz var və illərdir Ermənistana yük göndəririk, indiyədək heç bir problem yox idi”- deyə Batikova bildirib.

    Xatırladaq ki, iyulun əvvəlində Ermənistan-Azərbaycan sərhəddindəki bir neçə günlük qarşıdurmalardan sonra Gürcüstan ərazisindən Serbiya və Rusiyadan Ermənistana silah daşınması barədə informasiyalar yayılmış, Gürcüstan rəsmləri isə bunları təkzib etmişdi.

    Bu günlərdə isə Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani Rusiyanın Gürcüstandan keçməklə Ermənistana 300 hərbi avtomobil göndərməyə hazırlaşdığı barədə son məlumatları da dezinformasiya adlandırıb...
    EDNews.net
    loading...