Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 01 Ağu 2020, 14:47   
        340

    BAKI-XEBERTV.AZ
    Kaxa Kukava: “Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdir”
    Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan 22 noyabrın Ermənistanda dövlət bayramı elan edilməsinin zəruri olduğunu açıqlayıb. Bu təşəbbüs erməni cəmiyyəti tərəfindən geniş şəkildə qəbul edilib.

    Bu nə tarixdir? 1920-ci ilin 22 noyabrında Vudro Vilson Arbitrajı imzalanıb və Yerevanda yüz illik tarixi olan bu sənədi aktuallaşdırmaq qərarına gəliblər. Çünki Papyanın sözlərinə görə, sənədin müddəti yoxdur və mütləq yerinə yetirilməlidir.

    Söhbət Ermənistanın Türkiyə, Gürcüstan və Azərbaycanla sərhədlərinə, təbii ki, Qara dənizə çıxış əldə etməklə, Ermənistanın xeyrinə yenidən baxılmasından gedir.

    Media.Az-ın şərh almaq üçün müraciət etdiyi “Azad Gürcüstan” Partiyasının lideri Kaxa Kukava bölgədə (Cənubi Qafqaz ölkələrində - red.) emosiyalarla idarə olunan bir çox insanın olduğunu bildirib:

    “Cənubi Qafqazda yeni müharibə bizim nəyimizə lazımdır? Avropada İkinci Dünya müharibəsindən sonra yeni üsul – sərhədlərin toxunulmazlığı üsulu tapıldı. Bununla hər kəs razı ola bilməz. Məsələn, Almaniyada kimsə Lotaringiyanın fransız deyil, əsl alman torpağı olduğunu hesab edir.

    Hər kəs onlarla razı ola bilməz. Lakin sərhədlər də dəyişdirilə bilməz. Tərəflərdən biri, bu vəziyyətdə Ermənistan, yeni ərazi iddiaları irəli sürməyə başlasa, bu, yaxşı heç nə ilə başa çatmayacaq”.

    “Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyanın da eynisini edə biləcəyinə diqqət çəkmək istəyirəm. Ancaq bu baş vermir. Müharibədən sonra ötən əsrin 90-cı illərində olduğu kimi, yeni qurbanlar, xarabalıqlar kimə lazımdır? Ümid edirəm ki, Ermənistanın siyasi rəhbərliyi bunun yeni münaqişələrlə təhdid etdiyini başa düşəcək”, - deyə, həmsöhbətimiz bildirib.

    Kaxa Kukava həll olunmazlığı bütün regionun iqtisadi inkişafına mane olan Qarabağ münaqişəsinə diqqət yetirməyi təklif etdi:



    “Cənubi Qafqazın böyük iqtisadi potensialı var, biz onu inkişaf etdiririk. Lakin Cənubi Qafqazı Benilüksün (Avropanın üç ölkəsinin - Niderland, Belçika və Lüksemburqun siyasi, iqtisadi və gömrük ittifaqı - red.) analoquna çevirmək üçün münaqişələr həll edilməlidir. Bunsuz iqtisadi inkişaf mümkün deyil”.

    “Müharibə təhlükəsi olan regionda ciddi iqtisadi layihələr inkişaf etməyəcək, bu, xarici investorları çəkindirəcək. Mən gürcü kimi, siyasətçi kimi birbaşa bildirirəm ki, Qarabağ münaqişəsində Gürcüstanın ərazi maraqlarına toxunulmasa da, bu münaqişə həll edilməlidir! Yeni münaqişələrə səbəb ola biləcək səsləndirilən fikirlər (Ermənistandan – red.) isə sadəcə qəbuledilməzdir və Gürcüstanın maraqlarına ziddir”, - Kaxa Kukava bildirib.oxu.az
    loading...