Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ
  • Məşhur alim VACİB MƏQAMLARI açıqladı - Tələsik hazırlanmış peyvəndi vurdurmağa dəyərmi?
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Qərb bölgəsində leysan: Yollarda hərəkət iflic oldu
  • İnanılmaz təklif: Süni yağış YARADILIR
  • Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH
  • 30 Haz 2020, 22:43   
        36



    “Ermənistanın bu cinayəti gələcəkdə insanlarımızı radiasiya təhlükəsi ilə üz-üzə qoya bilər”
    Cavid Osmanov: “İşğalçı dövlətə törətdiyi ekoloji cinayətlərə görə sanksiya tətbiq edilməlidir”


    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Metsamor AES-in tullantılarını işğal edilmiş Azərbaycan torpaqlarında basdırması ilə bağlı məlumat yayıb. Məlumatda sözügedən tullantıların ekologiyaya ciddi ziyan vurduğu, ətraf aləmi radiasiya təhlükəsi ilə üz-üzə qoydğu vurğulanır.



    İşğaldakı ərazilərimizin atom stansiyasının tullantıları ilə çirkəndirilməsi faktının beynəlxalq müstəvidə ictimaiyyiləşdirilməsi nə dərəcədə zəruridir? Metsamor AES-in tulantılarının işğaldakı Azərbaycan ərazilərində basdırılması faktı Ermənistanın ekoloji müstəvidəki cinayətlərinin ifşası istiqamətində sistemli iş aparmağın zəruriliyini sübut etmirmi?



    XEBERTV.AZ xəbər verir ki, bu barədə Moderator.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bu istiqamətdə beynəlxalq müstəvidə ciddi iş aparmağın vacibliyinə diqqət çəkdi:



    “Ermənistan Azərbaycan ərazisini işğal altında saxlamaqla yanaşı, çoxlu sayda digər cinayətlər törətməkdə də davam edir. Metsamor AES-in tullantılarının işğaldakı torpaqlarımızda yerləşdirilməsi Ermənistanın ölkəmizə qarşı işlətdiyi ekoloji cinayətlərdən biridir. Ermənistan AES tullantılarını işğaldakı torpaqlarımızda basdırmaqla ekologiyaya ciddi ziyan vurur. Ermənistan işğaldakı ərazilərədki təbii sərvətlərimizi də istismar edir. Söhbət qızıl və digər qiymətli metallardan tutmuş, mineral su ehtiyatlarına qədər bir çox sərvətdən gedir.



    Ölkə başçısının səyi nəticəsində beynəlxalq müstəvidə geosiyasi vəziyyət əhəmiyyəti dərəcədə Azərbaycanın xeyrinə dəyişib. Biz təbii ki, yaranmış yeni vəziyyətdən istifadə etməli, Ermənistanın işğal faktı ilə yanaşı, işlətdiyi digər cinayətləri də beynəlxalq müstəvidə ifşa etməliyik. Bununla bağlı beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri qarşısında məsələ qaldırılmalı, əlaqədar qurumların Ermənistana qarşı təzyiq və sanksiya siyasətinin tətbiqinə nail olunmalıdır. Bu, çox ciddi məsələdir.



    Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin də, Azərbaycan xalqının da iradəsi onu göstərir ki, bir qarış torpağımızı belə kimsəyə güzəştə getməyəcəyik. Inşallah, yaxın gələcəkdə öz torpaqlarımızı geri alacağıq. Lakin bu torpaqları geri alandan sonra orada basdırılan tullantıların doğurduğu radiasiya problemi ilə üzləşə bilərik. Hesab edirəm ki, bu məsələ ilə bağlı beynəlxalq ictiamiyyət, beynəlxaql qurumlar da həssaslıq sərgiləməlidir. Inanırıq ki, məlum problem yaxın gələcəkdə daha ciddi şəkildə qaldırılacaq və beynəlxalq qurumlar bununla bağlı lazımi ölçü götürəcək. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlum problemlə bağlı ortaya qoyduğöu mövqeyi alqışlayır, bu problemi beynəlxalq müstəvidə ictimaiyyiləşdirməyi zəruri hesab edirəm”.



    Seymur ƏLİYEV
    loading...