Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 27 Haz 2020, 08:44   
        329

    BAKI-XEBERTV.AZ
    Meksika telekanalında Ermənistanın təxribatı faktları açıqlandı

    Meksikanın tanınmış “Canal Once” telekanalında Azərbaycanın bu ölkədəki səfirinin Ermənistanın son təxribatları ilə bağlı müsahibəsi yayımlanıb.

    XEBERTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, bu ölkənin çoxmilyonlu izləyici kütləsinə malik ən qədim televiziya kanallarından olan dövlət telekanalının “Xəbərlər” proqramında səfir Məmməd Talıbovun Ermənistanın son təxribatları ilə bağlı kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə verilib.

    Müsahibədə 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini bildirən səfir qarşı tərəfin belə təxribatlar törətməkdə məqsədinin ilk olaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və bu torpaqlarda yaşayan bir milyona yaxın həmvətənimizə qarşı etnik təmizləmə aparması faktından yayındırmaq, habelə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesini sabotaj etmək olduğunu qeyd edib.

    Diplomat bu təxribatın eyni zamanda daxili auditoriyaya da yönəlik bir addım olduğunu, bununla Ermənistan rəhbərliyinin xalqın diqqətini ölkədə mövcud olan son dərəcə ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmağa çalışmaq olduğunu deyib.

    M.Talıbov Tovuz rayonu ərazisində törədilmiş son hərbi təxribatla Ermənistan tərəfinin həmin bölgədən keçən, Azərbaycanın başlıca iştirakçısı olduğu və bütün regionun inkişafında müstəsna rolu olan iri miqyaslı enerji və infrsatruktur layihələrinin təhlükəsizliyini də təhdid etdiyini qeyd edib.

    Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdiyini deyən M.Talıbov, bu sənədlərin qəbulundan 30 ilə yaxın bir müddət keçməsinə rəğmən, Ermənistanın həmin qətnamələrə məhəl qoymadığını bildirib.

    Son olaraq, səfir beynəlxaq ictimaiyyətin çoxsaylı üzvləri kimi, Meksikanın beynəlxalq hüququ, bu xüsusda ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığı kimi əsas prinsipləri, habelə bu münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bildirib və ölkəmizin Meksika tərəfinin bu mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.

    Müsahibə ilə bağlı sujetdə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tovuz rayonu ərazisində dağıntılara məruz qalmış dinc yaşayış məntəqələrinin görüntüləri də efirə gedib.
    loading...