Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • 22 Haz 2020, 18:00   
        439
    Türklər Azərbaycan Ordusuna qatılmaq üçün ayağa qalxdı - FOTO

    Türklər Azərbaycan Ordusuna qatılmaq üçün ayağa qalxdı - FOTO
    Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətindəki təxribatından sonra 55 mindən çox gəncin orduya qatılma istəyi Türkiyədə də vətənsevərləri ayağa qaldırıb.



    Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 həftə ərzində 50 mindən çox gəncin orduya qatılmaq və səfərbərlik istəklərini dilə gətirməsi qardaş ölkədə coşğu ilə qarşılanıb.

    XEBERTV.AZ xəbər verir ki, türk vətəndaşları bu barədə “Defence Turk” nəşrinə müraciət ünvanlayıb.

    Türkiyə Respublikası vətəndaşları Ermənistana qarşı döyüşmək üçün Azərbaycan Ordusuna qatılmaq istəklərini dilə gətirib. Onlar bu istəklərini gerçəkləşdirmək üçün yardım tələb ediblər.



    Qeyd edək ki, vaxtilə Azərbaycan vətəndaşları da Türkiyə Silahlı Qüvvələrinin sıralarında Suriyada icra edilən əməliyyatlara qatılmaq üçün müraciət etmişdi.

    Xatırladaq ki, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun TBMM-dəki millət vəkili Şamil Ayrım Publika.az-a özəl açıqlamasında Dağlıq Qarabağda real müharibə başlayacağı təqdirdə türklərin qarşısını heç kimin ala bilməyəcəyini demişdi: “Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər. Vətəndaşlarımızın burnunun belə qanamasını istəmirik. Müharibəni ağlımızdan belə keçirmirik. Çünki bugünkü savaşlar masa başında qazanılıb. Problemin diplomatik yolla həll edilməsi vacibdir. Çünki regionda balanslaşma var. Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri yaxşıdır. Eyni zamanda, Rusiya Ermənistanın daxili məsələlərinə, təhlükəsizliyinə, elektrik enerjisinə belə nəzarət edir. Ona görə Qarabağ həssas məsələdir. Amma şərtlər dəyişərsə, türk millətinin qarşısını kəsə bilməzsiniz. Bu fərqli bir şeydir. Qarabağ münaqişəsi başlandığı zaman könüllü şəkildə gələn minlərlə insan var idi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri heç bir iki ölkə arasında olmayan əlaqədir. Borcumuz bu münasibətlərə kölgə salacaq xainlərə qarşı savaşmaqdır. Bu ortamı itirməməliyik. Yaşadığımız coğrafiyada bizə yuxu yoxdur”.Publika.az
    loading...