Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı
  • Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
  • Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı
  • “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • 09 Haz 2020, 08:14   
        58



    Ər-Riyad yenidən Moskva ilə üz-üzə gələ bilər

    Avqust ayında Rusiya OPEK+ ölkələrinin neft hasilatını azaltmağa dair əldə etdiyi razılaşmanın şərtlərini yüngülləşdirmək üçün yenidən Səudiyyə Ərəbistanı ilə danışıqlar masasına otura bilər. Bu isə tərəflərin növbəti fikir ayrılığı yaşayacağı riskini yaradır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O qeyd edib ki, Rusiyanın Avropa neft bazarındakı mövqelərini itirməsinə iki aspektdən yanaşmaq lazımdır:

    “Birincisi, Rusiya da digər OPEK+ ölkələri kimi neft hasilatını azaltmağa dair öhdəlik götürüb. Qeyd edim ki, Rusiyanın bir çox neft şirkəti rəsmi Moskvanın üzərinə götürdüyü öhdəliklərdən heç də məmnun deyildi. Bununla belə rəhbərliyin təzyiqləri nəticəsində özəl şirkətlər də hasilatı azaltmağa razı oldu. İyul ayında hasilatın təqribən 2.5 milyon barrel azaldılması gözlənilir. Amma avqust ayında hasilatın az da olsa, artırılmasına dair qərar verilə bilər. Çünki OPEK+ razılaşması iyulun sonu bitir.

    İkincisi, hazırda Rusiya istehsal olunan neftin satışı ilə bağlı problemlər yaşayır. Ən çox azalma Baltik dənizi limanlarında hiss olunur. Çünki Avropa bazarlarına daha ucuz neft satan ölkələr var. Məsələn, Səudiyyə Ərəbistanı. OPEK+ ölkələrinin neft hasilatını azaltmağa dair əldə etdiyi razılaşmanın zəif tərəfi ondan ibarətdir ki, razılaşmada neftin hasilatının azalması göstərilsə də, satışına dair heç bir razılaşma göstərilməyib. Hazırda bir çox neft ölkəsinin anbarlarında kifayət qədər neft ehtiyatı var. Yəni hazırda neft hasilatı azalsa da, satış üçün kifayət qədər neft var. Nəticə etibarilə bu ölkələr Rusiyanın satış bazarlarına daxil olaraq mövqelərini zəiflədir”, - o bildirib.
    loading...