Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 03 Haz 2020, 17:40   
        460


    Müharibə hazırlığı: Cavab elə ağır olacaq ki, İrəvan... - Deputat

    Ermənistan tərəfi yenidən müharibəyə başlamaq istəyir. Ancaq işğalçı ölkə bu dəfə törətdiyi təxribata elə cavab alacaq ki, onu heç vaxt unutmayacaq.

    XEBERTV.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

    Onun fikrincə, Rusiya həmişə Ermənistanı öz ordusu kimi silah-sursatla təmin edib.

    "Ermənistan silahlı qüvvələri artıq Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistanı kifayət qədər silahla təmin edib. Bunu yalnız indi deyil, həmişə öz qoşunlarına etdiyi kimi edir", - partiya sədri vurğulayıb.

    A.Mollazadə bildirib ki, Ermənistan hər vaxt qoşunların təmas xəttində təxribatlar törədir və bunu davam etdirməkdə maraqlıdır:

    "Ermənistan müharibəni yenidən başlamaq və işğal etdiyi əraziləri genişləndirmək istəyir. Düşünürəm ki, dövlətimizin keşiyində duran Azərbaycan Ordusu da bu təxribatlara cavab verməyə tam hazırdır. Cavabımız elə ağır olacaq ki, Ermənistan tərəfi bunu çətin unuda bilsin".

    Hərbi ekspert Ramil Məmmədli isə hesab edir ki, iqtisadi imkanlarını, daxili siyasi vəziyyətini analiz etdikdə birmənalı şəkildə Ermənistanın müharibə edəcək gücdə olmadığı üzə çıxır:

    "Təbii ki, ermənilər adətləri üzrə təxribat xarakterli əməliyyatlar keçirə bilərlər. Əgər belə bir cəhd olarsa, əlbəttə ki, Azərbaycan Ordusu bunun qarşısını almağa və əks-hücumla Ermənistan ordusunu yerində oturtmağa qadirdir. İnanmıram ki, Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprelində baş verənləri yenidən yaşamaq istəsinlər. Onların ordusunun şəxsi heyətinin sayını, texniki imkanlarını Azərbaycan Ordusu ilə müqayisə edəndə, işğalçı ölkənin yenidən müharibəyə başlamasının mümkün olmadığı aydın olur".

    R. Məmmədlinin fikrincə, müharibəni başlayan ölkənin maliyyə imkanları güclü olmalıdır:

    "Bununla yanaşı, daxili siyasi sabitliyi olmalıdır. Ermənistanda isə nə iqtisadiyyat güclüdür, nə də daxili siyasi vəziyyətləri sabitdir. Sadə bir nümunə deyim: texniki təchizat vasitələri istisna olmaqla, müharibədə döyüşə göndərilən hər bir əsgərin üzərindəki silah-sursat və geyiminin məbləği 10-20 min ABŞ dolları arasında dəyişir. Ermənistanın şəxsi heyətini bu formada geyindirib hücuma göndərməyə gücü çatmaz".

    Qeyd edək ki, Gürcüstan mətbuatı Rusiyanın Ermənistana növbəti dəfə külli miqdarda silah-sursat göndərdiyini yazıb. Belə ki, hərbi mənbələr son günlər Rusiyanın mülki hava xəttlərindən istifadə edərək Ermənistana silahlar, həmçinin "Qrad" reaktiv-yaylım atəşi sistemləri çatdırdığını bildirir.

    Mənbə silahların Ermənistana İran hava məkanından istifadə edərək gizlin çatdırıldığını bildirib.
    loading...