Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 27 May 2020, 15:53   
        256


    Bakının hücum silahları almasının məqsədi... - Ekspert

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində verdiyi müsahibələrdə ordunun inkişafı, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki vəziyyətə dair geniş fikirlərini açıqladı. Nazir bəzi məqamlara dair ilk dəfə olaraq fikir bildirdi. Ümumilikdə Müdafiə naziri ordu ilə bağlı cəmiyyəti maraqlandıran bütün suallara faktlar əsasında cavab verdi.

    XEBERTV.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

    Ekspert bildirib ki, Zakir Həsənov 2013-cü ildən orduda başlayan islahatlara toxunaraq son 7 il ərzində Azərbaycan Ordusunun yenilənməsi - peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işləri açıqlayıb və prosesin bu gün də davam etdiyini vurğulayıb: “Bununla nazir cəmiyyətdə yaranan suallara aydınlıq gətirdi. Zakir Həsənovun açıqladığı faktlar isə düşməni narahat etməyə bilməz. Erməniləri narahat edən ordumuzun müasir hücum silahları ilə silahlanmasıdır. Məsələn, Müdafiə naziri bildirib ki, Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard ABŞ dolları həcmində silah və texnika alıb. Habelə müdafiə sənayesi sektorunda dünyanın ən yaxşı şirkətlərinin məhsullarının alınmasına prosesi isə indi də davam etdirilir. Bu, vacib faktdır və Müdafiə nazirinin cəmiyyət qarşısında bu rəqəmləri açıqlaması ərazilərimizi işğal altında saxlayan Ermənistana ciddi ismarıcdır. Nazir bununla Azərbaycanın hərb qüdrətinin Ermənistandan qat-qat yüksək olduğunu açıq şəkildə dünyaya bəyan etdi və bu müasir silahların düşməni məhv etmək üçün onların mövqelərinə tuşlandığına işarə etdi. Ən vacib məqam isə ordunun birmənalı şəkildə hərbi əməliyyatlara tam hazır olmasının bəyan edilməsi idi. Zakir Həsənov müsahibəsində bir neçə dəfə Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni hərbi birləşmələrinə qarşı uğurlu əməliyyatlarını xatırladaraq bu cür zərbələrin davamlı olacağını istisna etmədi”.

    R.Məmmədlinin fikrincə, Müdafiə nazirinin qoşunların təmas xətti boyunca manevr imkanlarının güclənməsinə dair fikirləri də qarşı tərəfdə narahatlıq yaradıb: “Ordumuzun son illərdə hücum silahlarına üstünlük verməsi də Zakir Həsənovun çıxışında hiss olunmaya bilməzdi. Ordumuzun son illərdə əldə etdiyi silah və texnikaların təyinatı hücum xarakterlidir və qısa müddətdə düşməni məhv edərək ərazilərimizin işğaldan azad edilməsinə hesablanıb. Müdafiə nazirinin fikirlərindən də belə qənaətə gəlmək olur ki, Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması üçün başlayacağı hərbi əməliyyatlar müasir döyüş təcrübəsinə əsaslanacaq. Ermənilər Dağlıq Qarabağın ətrafında yerləşən və işğal altında saxladıqları rayonları özləri üçün guya bufer zona sayırlar. Nazirin son açıqlamaları ilə düşmənin bu iddiası alt-üst oldu. Hesab edirəm ki, Zakir Həsənov bu müsahibəsində açıq və dolayısı ilə bildirdi ki, "bufer zona" Ermənistan Ordusunu məğlubiyyətdən xilas etməyəcək”.

    Hərbi ekspert vurğulayıb ki, ordunun şəxsi heyətinin koronavirus pandemiyasından qorunması istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir: “Virusun vüsət almaması üçün tədbirlərin davam etdirilməsi sevindiricidir”.
    loading...