Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 23 May 2020, 09:48   
        274


    Türkiyə 90 ildən sonra qayıtdı: Osmanlı varisi gəlir?

    XEBERTV.AZ Axar.az-a istinadən bildirir ki, siyasi ekspert Vüqar Zifəroğlunun Liviya ətrafında cərəyan edən son proseslərlə bağlı müsahibəsini təqdim edir:

    - Misir Prezidenti Əbdülfəttah Sisi deyib ki, Liviyadakı son hadisələr bu ölkəyə qanuni müdaxilədə yolumuzu açır. Bu bəyanatın səbəbi nədir?

    - Liviya Misir üçün çox önəmlidir. Məsələ ondadır ki, Liviyada baş verən siyasi proseslər Misirdə baş verənlərlə eynilik təşkil edir. Yəni Haftarın Liviyada qanuni hökuməti devirib hakimiyyətə gəlmək istəyini Sisi Misirdə etdi və qələbə qazandı. Hətta Sisi Haftarın öz davamçısı olduğunu deyib. Haftarın Liviyada məğlub olması Misirdəki müxalif qüvvələrin yenidən aktivləşməsinə səbəb ola bilər.

    - Misir Liviyaya müdaxilə edə bilərmi?

    - İnanmıram. Misirin Liviyaya hərbi müdaxilə etmək hüququ yoxdur. Bu hal Misirin Liviya ərazisinə qəsdi kimi qiymətləndirilə bilər. Bununla belə düşünürəm ki, Sisinin Haftara bu və ya digər yollarla dəstəyi davam edəcək. Lakin real müharibə variantı inandırıcı görünmür. Çünki hazırkı dövrdə müharibə etmək həm hüquqi, həm də maddi baxımından asan deyil.

    - Fransa Liviya sahillərində NATO vəzifəsini icra edən hərbi gəmilərinə qarşı Türkiyənin təxribat törətdiyini iddia edib. Sizcə, məsələnin Liviyada baş verən proseslərlə bir bağlantısı varmı?

    - Heç kəsə sirr deyil ki, bu gün Liviyada bir neçə dövlətin maraqları üst-üstə düşür. Fransa da bu ölkələrdən biridir. Onu da qeyd edim ki, Fransanın Şimali Afrikada 150 illik bir müstəmləkə təcrübəsi var. Yəni ən azı Türkiyə qədər bu coğrafiyaya hakimdir. Bu mənada Fransa da, Liviya da öz maraqlarını qorumağa çalışır. Bir faktı unutmamaq lazımdır: Türkiyənin Avropa ölkələrinə nəzərən, Yaxın Şərqdə siyasi varlığı 1000 ildən artıqdır. Yəni Türkiyə regionun coğrafi, dini, siyasi, etnik kimliyini çox yaxşı bilir. Bu reallığı Qərb də yaxşı anlayır. Türkiyə hazırda bu təcrübəsindən istifadə edərək, regionda öz mövqelərini möhkəmləndirməyə əzmlə davam edir. Fransa və Qərb məhz Türkiyənin bu planına qarşı çıxır. XX əsrin əvvəllərində imzalanan “Lozanna” və “Mudros” müqavilələri ilə Osmanlı faktiki olaraq dağıldı. Türkiyə bir əsrə yaxındır ki, Osmanlının hakim olduğu regionlardan, xüsusilə də Yaxın Şərqdən uzaq qalmışdı.

    Qərbdə hazırkı Türkiyəyə artıq Atatürkün deyil, Osmanlı İmperiyasının varisi kimi baxırlar.

    Facebook
    loading...