
Ukrayna tatarlara görə dünyaya səsləndi
Ukrayna Ali Radası BMT-yə, xarici hökumətlərə və parlamentlərə, beynəlxalq təşkilatlara Rusiya Federasiyası tərəfindən Krım tatarlarının hüquq və azadlıqlarının pozulmasını qınamaq çağırışı edən qətnaməni qəbul edib.
XEBERTV.AZ Qaynarinfo-ya istinadən layihənin mətnini təqdim edir:
"Ukrayna Ali Radası Birləşmiş Millətlər Təşkilatına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, QDİƏT Parlament Assambleyasına, dünya ölkələrinin hökumət və parlamentlərinə Krım tatar xalqının soyqırımı qurbanlarının xatirəsini ehtiramla qarşılamaq və Rusiya Federasiyasını Krım tatar xalqının hüquq və azadlıqlarını pozan təcavüzkar dövlət olaraq pisləmək üçün müraciət edir”.
Xatırladaq ki, Ukrayna rəhbərliyinin nümayəndələri "işğalçı ölkəyə" kömək etmək niyyətində olmadıqlarını bildirərək, yenidən Krıma su təchizatı problemini müzakirə etməkdən imtina ediblər.