
Putinlə Qətər əmiri Suriyanı müzakirə etdi - Kreml
Rusiya Prezidenti Vladimir Putin və Qətər əmiri Tamim bin Həməd əs-Sani arasında telefon danışığı baş tutub.
XEBERTV.AZ xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
Müzakirə zamanı Rusiyanın Suriyanın müstəqilliyini və ərazi bütövlüyünü bərpa etmək üçün gördüyü işlərin səmərəliliyi qeyd edilib.Axar.az