Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • Şok: Baş nazir prezidentin xanımını həbs etdirdi
  • Türkiyədə 91 illik rekord qırıldı: 1929-dan sonra ilk...
  • 06 Mayıs 2020, 09:12   
        49


    BAKI-XEBERTV.AZ
    İran Dağlıq Qarabağa çəkilən körpülərə aydınlıq gətirdi: “Azərbaycanla bağlanmış sazişə əsasən salınıblar”


    “İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir”.

    Ovqat.com-a bu barədə məlumat İranın Azərbaycandakı səfirliyi tərəfindən verilib.

    Səfirliyin Mətbuat katibliyinin verdiyi açıqlamaya görə, həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-na yox, Azərbaycan Respublikası ərazisinə çəkib: “Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

    İran-Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyətinin saf olmadığını, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənildiyini vurğulayan Səfirlik belə informasiyaları ciddi qəbul etməməyi məsləhət görür.



    Bir sözlə, Səfirliyin açıqlamasından aydın olur ki, xəritələrdə görünən körpülər Azərbaycanla İran arasında əldə edilən razılığa əsasən tikilib və məqsəd heç də tanınmamış “DQR” ilə iqtisadi əlaqələr qurmaq deyil. Bəs, bu iddia reallığı nə qədər əks etdirir?

    Ovqat.com-un araşdırması nəticəsində bəlli olmuşdur ki, həqiqətən də Xudafərin SES-in inşası ilə əlaqədar İran İslam Respublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cı ildə bağlanan sazişdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Sazişdə həmçinin bir-birini tamamlayan iki körpününü tikilməsi ilə əlaqədar maddə də var.



    Bu barədə AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında da xəbər verilir. Xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.


    İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.



    Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

    Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.



    Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür”, xatırladaq ki, AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında dərc olunan ““Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair mühüm Saziş” sərlövhəli xəbərində belə deyilir.




    “Xudafərin” və “Qız Qalası” bəndlərinə gəlincə, hər iki bənd Xudafərin su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran – Azərbaycan sərhəddində Araz və Marazad su bəndlərinin 196 km şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 km şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.

    Xudafərin və Qız Qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-ci il tarixində Tehranda imzalanmış və iki ölkə parlamentləri tərəfindən də təsdiqlənmişdir.

    Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdır.


    Körpülər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə inşa olunmuşdur. Haqqında danışılan iki rabitə körpüsü bu bəndin qurğularına aiddir.

    Qısası, İran ciddi müzakirələrə səbəb olan körpülərlə bağlı məsələyə aydınlıq gətirdi. Görək, rəsmi Bakının buna cavabı necə olacaq? XİN-dən cabab gözləyirik.




    loading...