Xəbər lenti
Axtar
06 Mayıs 2020, 08:22   
    443


ABŞ-dan ziddiyyətli açıqlamalar: Korona sünidir, yoxsa...

ABŞ hakimiyyəti koronavirusun harada yayılması ilə bağlı məlumata malik deyil.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Pentaqonun rəsmi məlumatında deyilir.

ABŞ-ın Baş Qərargah Rəisləri Birliyinin rəhbəri general Mark Milli bildirib ki, araşdırmalar COVİD-19 virusunun təbii mənşəli olduğunu üzə çıxarıb:

“İkinci məsələ - onun yayılması təsadüfdürmü? Virus insanlara təbii şəkildə, yoxsa qəsdən yoluxdurulub? Agentliklər bu fikirləri təsdiqləyən konkret informasiyaya malik deyillər. Həmçinin kəşfiyyat koronavirusun yarandığı yer barədə də məlumatsızdır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun Uhanda bir laboratoriyada yaradılması barədə sübutlar əldə etdiklərini açıqlamışdı. Ardınca Tramp koronanın Uhanda laboratoriya şəraitində qəsdən yaradılmadığını, təbii şəkildə meydana çıxdığını bəyan etdi.Axar.az
loading...