Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • 16 Nis 2020, 21:42   
        71

    “Kəlbəcərdə SES tikən Ermənistana 48 saat vaxt verilməlidir” - çağırış




    Düşmən indi də Azərbaycanı səbrini “su təxribatı” ilə daşırmağa çalışır; rəsmi Bakıdan və ekspertlərdən Qarabağdakı növbəti cinayət əməllərinə sərt reaksiya

    İşğalçı Ermənistan Azərbaycanın zəbt olunmuş ərazilərində özünün cinayət əməllərini davam etdirməkdədir. Torpaqlarımızda keçirilən qeyri-qanuni “seçki” şousuna tutarlı cavab almayan düşmən bu ərazilərdə həyata keçirilən məskunlaşmaya stimul verəcək layihələrinin da davamına qərar verib.

    Yayılan məlumata görə, işğalçılar Tərtər çayı üzərində bir müddət əvvəl tikintisi dayandırılan Su Elektrik Stansiyalarının tikintisini bərpa edib. Məlumata görə, separatçıların yeni lideri Araik Arutunyana yaxınlığı ilə tanınan “Msmetsi Çiqo” ləqəbli iş adamı Kəlbəcər yaxınlığında Tərtər çayında SES-in tikintisinə başlayıb. Onun bölgədə oliqarx kimi tanınan Araik Arutunyanın göstərişi ilə hərəkət etdiyi bildirilir. İşğal altındakı torpaqlarda ekoloji fəaliyyətlə məşğul olan Aleksandr Kananyan isə tikinti işlərinin dayandırılmayacağı təqdirdə aclıq aksiyasına başlayacağını elan edib.

    “Tərtər çayından bəzi kəndlərdə içməli su kimi istifadə edirlər. Amma yeni tikilən Su Elektrik Stansiyası Kəlbəcərə içməli suyun verildiyi hissədə inşa olunub. İnşaat bərpa olsa, su probleminə görə yayda quraqlıq olacaq” - deyə Kananyan deyib.

    Bu haqda məlumat yayan Modern.az saytı xatırladır ki, Ermənistan Qarabağdakı su mənbələrini – Tərtər, Hoçaz, Həkəri, Zabux, Şəlvə və s. çaylarda SES-lər tikərək su sərfiyyatından ekoloji normaları kobud sürətdə pozaraq istifadə edir.

    Qeyd edək ki, Ermənistanın həyata keçirdiyi qanunsuz layihələr səbəbindən Azərbaycanın böyük bir ərazisinin əhalisi su sarıdan korluq çəkir, həmçinin əkin sahələrinin suvarılması mümkünsüz olub. Bundan əlavə, ermənilər suyun bol vaxtlarında onu müxtəlif tullantılarla Azərbaycan əhalisinin yaşadığı ərazilərə axıdırlar. Xatırladaq ki, hələ 11 aprel 2014-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Elxan Süleymanov və Avropanın 11 ölkəsini təmsil edən digər 27 assambleya üzvü tərəfindən irəli sürülmüş “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” başlıqlı qətnaməni müzakirə edib. Təklif Azərbaycanın 6 cəbhəyanı rayonunda (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtər) yaşayan 400.000-dən artıq Azərbaycan vətəndaşının kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi və ekoloji problemlərlə üzləşdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Bundan əlavə, 125 metr hündürlükdə olan, işğal altındakı Sərsəng su anbarı illərdən bəri təmir edilməyib, bu isə anbarın texniki problemlərinin Azərbaycanın yuxarıda qeyd edilmiş altı rayonunda gözlənilməz və kütləvi daşqına səbəb ola biləcəyi baxımından orada yaşayan 400.000 əhalinin həyatını təhlükəyə atır. Bundan əlavə, AŞ PA Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edib və işğalçı ölkəyə çağırış edərək Azərbaycan əhalisinin sudan məhrum edilməsi istiqamətində aparılan siyasətə son qoymaq tələbi qoyulub. Lakin bütün bunlara məhəl qoymayan Ermənistan indi də Kəlbəcərdə SES tikir.

    Bu cür layihələr heç şübhəsiz ki, bizi Dağlıq Qarabağdan uzaqlaşdırır, çünki torpaqlarımızda qanunsuz məskunlaşmanı təmin edir. Beynəlxalq təşkilatların, həmsədrlərin laqeyd münasibəti məlum, bəs, Azərbaycanın əks cavabı olmalıdırmı? Yalnız diplomatik planda aparılan mübarizə yetərlidirmi? Qarabağda həyata keçirilən qanunsuz tikinti işlərinə qarşı əməliyyatlar keçirmək, düşmənin obyektlərini dağıtmaq, vurmaq hüququmuz varmı?

    “Doğrusu, ermənilərin hazırda Kəlbəcərdə Su Elektrik Stansiyası tikmək gücündə olduğunu düşünmürəm. Bu, daha çox yeni separatçının təbliğatına yönəlmiş addımdır. Yeni separatçı Paşinyanın tör-töküntüsü olduğu üçün onun üçün İrəvanda cızılmış ssenariyə uyğun hərəkət edir”.

    Elçin Mirzəbəyli: “AXC-Müsavat hakimiyyəti” Azərbaycan xalqına ...

    Politoloq Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Siyasi təhlilçi qeyd etdi ki, belə bir “qərar”ın ortaya çıxmasında bir neçə səbəb rol oynaya bilər: “Birincisi, nə üçün Kəlbəcərin seçildiyinə diqqət yetirmək lazımdır. Paşinyan və onun komandasına daxil olan şəxslərin Dağlıq Qarabağla bağlı çox ciddi kompleksləri var, onların əksər hallarda Köçəryan, Sərkisyan və “Qarabağ klanı”nın siyasi təmsilçilərindən daha radikal açıqlamalar verməyə sövq edir. Məlum olduğu kimi, Paşinyanın illər öncə verdiyi müsahibələr əsas götürülərək, opponentləri tərəfindən onun Azərbaycanla anlaşa biləcəyi, onların baxış bucağından “Qarabağı azərbaycanlılara verəcəyi”, bizim baxış bucağımızdan isə işğalçı qoşunları geri çəkəcəyi ittihamı tez-tez səslənir. Paşinyan və ətrafı da bunun belə olmayacağını sübuta yetirmək üçün radikal bəyanatlar verir və sanki özünütəsdiqə çalışırlar. Paşinyanın təyin etdiyi separatçıbaşının da məhz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin ərazisində deyil, məhz işğal altında olan ətraf rayonlardan birində - Kəlbəcərdə SES inşa ediləcəyi barədə anonsu da buradan qaynaqlanır”.

    E.Mirzəbəylinin fikrincə, ermənilər bununla demək istəyirlər ki, Ermənistan silahlı qüvvələri nəinki Dağlıq Qarabağdan və işğal etdikləri digər Azərbaycan torpaqlarından da çəkilməyəcək: “İkinci amil, Dağlıq Qarabağda yaşayan, koronavirusa yoluxma hallarının genişlənməsindən sonra tamamilə ümidsizliyə düçar olmuş erməniləri ümidləndirmək məqsədi daşıyır. Üçüncü amil isə hər zaman olduğu kimi Azərbaycanı qıcıqlandırmaq məqsədi daşıyır”.

    Politoloq bir daha qeyd etdi ki, hazırda üz tutmaq üçün yer qoymadığı hər kəsdən ərzaq və tibbi yardımlar dilənən Ermənistanın Kəlbəcərdə SES tikmək imkanı yoxdur: “Amma əgər belə bir addım atılarsa, o zaman Ermənistana və beynəlxalq birliyə xəbərdarlıq edilməli, işğalçı ölkəyə tikintinin dayandırılması və mülki şəxslərin həmin ərazidən təxliyyə edilməsi üçün 48 saat vaxt verilməlidir. Əgər bu müddət ərzində Azərbaycanın tələbi yerinə yetirilməzsə, o zaman nöqtə zərbələri ilə tikintiyə cəlb edilən texnika vurulsun! Azərbaycanın bunun üçün bütün imkanları var”.




    QAT sədri Akif Nağı isə hesab edir ki, artıq Ermənilərin bütün bu hərəkətlərinə dözmək mümkün deyil: “Son “seçki” oyunları da bir daha göstərdi ki, beynəlxalq təşkilatların işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılan ilhaq prosesinin qarşısını almaq fikri yoxdur. Beynəlxalq təşkilatlar ermənilərlə birgə hərəkət edir , torpaqlarımızın həmişəlik və de-yure Ermənistana təhvil verilməsinə çalışırlar. Beynəlxalq təşkilatların bu siyasətinin nəticəsidir ki, ermənilər Qarabağda istədikləri işləri görür, qanunsuz məskunlaşdırma həyata keçirir, SES və digər obyektləri tikirlər”.

    A.Nağı da hesab edir ki, artıq sözdən işə keçmək vaxtıdır: “Biz xalq və dövlət olaraq özümüz bu işğalçı və ilhaqçı addımların qarşısını almaq üçün hərəkətə keçməliyik. Buna bizim tam haqqımız, üstəlik, gücümüz var. Azərbaycan hakimiyyətinin bu addımı atmaması, hərbi əməliyyatlara başlamaması sirr olaraq qalır. Axı. bizə nə və kim mane ola biər?! Məncə, heç kəs və heç nə mane ola bilməz! Azərbaycan hakimiyyəti ya nə üçün müharibəni başlamamasının səbəblərini izah etməli, ya da izah yoxdursa, fasiləsiz, permanent hərbi əməliyyatlara başlamalıdır. İlkin addım kimi işğalçı Ermənistanın ərazilərimizdə olan bütün hərbi obyektlərinə raket zərbələri vurulmalıdır”.



    Məsələyə rəsmi Bakıdan da münasibət öyrəndik. XİN-in mətbuat katibi Leyla Abdullayeva Musavat.com-a bunları bildirdi: “Azərbaycanın işğal olunmuş torpaqlarında işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət məsələsi XİN və aidiyyəti dövlət qurumlarımızın diqqət mərkəzində saxlanılır. Bu fəaliyyət qanunsuzdur və beynəlxalq hüququn və müvafiq beynəlxalq konvensiyaların pozulması halıdır. Bu haqda XİN hələ 2016-cı ildə müfəssəl hesabat hazırlayıb, 2018-ci ildə isə XİN və Azərkosmosun birgə qanunsuz fəaliyyətlə bağlı peyk vasitəsilə çəkilmiş şəkilləri əks etdirən hesabatı dərc edilib. Bu hesabatlar aparıcı beynəlxalq təşkilatlarda yayılıb”.

    L.Abdullayeva qeyd etdi ki, ümumiyyətlə, bu məsələ tərəfimizdən davamlı şəkildə müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırlır: “Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hər il Ermənistanın təcavüzkar fəaliyyəti ilə bağlı qəbul edilən qətnamələrdə işğalçı ölkənin həyata keçirdiyi qanunsuz fəaliyyət məsələlərinə də yer ayrılır və bu fəaliyyətin dayandırılması tələb olunur. Ötən il martın 5-də Bakıda “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycanın onun ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət və bu fəaliyyətə üçüncü ölkələrin cəlb edilməsi hallarında - sözügedən fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərə qarşı - həm yerli məhkəmə hüquq sistemi vasitəsilə müvafiq tədbirlər görür”. XİN rəsmisi qeyd etdi ki, bir sıra xarici fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılıb. Qeyd etdi ki, həm də bu şəxslərin öz ölkələrinin məhkəmə hüquq sistemi vasitəsilə müvafiq tədbirlərin görülməsi tələb edilə bilər.

    Getdikcə dünyada artıq belə bir yanaşma mövcud olmaqdadır ki, “su qızıl qiymətinə” qalxacaq, hətta su uğrunda müharibələrin də şahidi ola biləcəyimizi eşidirik. Belə olan təqdirdə işğalçı Ermənistanın su ehtiyatları, minerallarla zəngin Qarabağda “at oynatması”nı həmən durdurmaq lazımdır. Kəlbəcərdəki SES-ə 1-2 PUA-nın göndərilməsinə əşhədü-ehtiyac var...Ötən illərdə çox səbr etdik. Düşmən indi də Azərbaycanı səbrini “su təxribatı” ilə daşırmağa cəhd edir. Bəlkə arzusuna çatdıraq...

    E.PAŞASOY,
    Musavat.com
    loading...