Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 30 Mar 2020, 07:38   
        395



    ABŞ yeni düzən qurur: "Ümumdünya hökuməti"... – Sensasion şərh

    ABŞ indidən gözümüzün qarşısında artıq koronavirusdan sonrakı dünyanın mənzərəsini yaratmağa başlayır. Çin Xalq Respublikasına qarşı iddiaların hazırlanmasıda məhz bu seriyadandır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri rus ekspert Qriqori Trofumçuk Axar.az-a açıqlamasında ABŞ hüquqşünaslarının Çin hökumətini və ordusunu koronavirusa görə məhkəməyə verməsi və 20 trilyonluq təzminat istəməsi barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, bir çox ölkə hazırda ətraflarında nə baş verdiyini anlamır. Bəziləri isə Moldova kimi artıq sağ qalmaq mübarizəsindədir, çünki öz iqtisadiyyatlarını qorumaq üçün ciddi addımlar atmaq iqtidarında deyillər.

    Trofimçukun sözlərinə görə, nadir istisnaları nəzərə almasaq, koronavirus bu və ya digər dərəcədə müstəqil siyasət aparan ölkələri, o cümlədən Avropa dövlətlərini vurur:

    “Daha dəqiq desək, postsovet və Avroasiya məkanının yenidən qurulması prosesi davam edir, sadəcə olaraq fərqli üsullarla. Bəzi dövlətlər pandemiyadan sonra Qərb kreditləri ilə tilova keçiriləcək, digərləri isə bu istiqamətdə daha asılı vəziyyətə düşəcəklər. Burada əsas məsələ Vaşinqtonla Ər-Riyadın birlikdə neftin qiymətinin aşağı salınmasına nail olması və bunu hansı müddətə qədər nəzarətdə saxlaya biləcəkləridir. Əgər onlar bundan sonra da bu mövqedə qalmağa davam etsələr, bu, iki böyük gücün konkret dövlətləri, o cümlədən, postsovet məkanındakı ölkələri məhv etmək niyyətindən xəbər verəcək”.

    Politoloq, həmçinin 11 sentyabr 2001-ci ildə Dünya Biznes Mərkəzinə edilən hücumdan sonra baş verənləri xatırladaraq deyib:

    “ABŞ bu hadisəni “beynəlxalq terrorun” təzahürü olduğunu elan etdi və dünya ictimaiyyətini bu prosesi dəstəkləməyə təhrik etdi. Hazırda, 2020-ci ildə dünya idarəçiliyinin ikinci mərhələsi – əvvəlki kimi vahid mərkəzdən və daha texnoloji üsullarla idarəsinin yeni dövrü başlayır. Biz görürük ki, yenə də bütün dövlətlər başqası tərəfindən hazırlanan proqrama itaətlə əməl etməyə başlayıb. Bu azmış kimi, artıq baş verənləri koordinasiya edəcək “müvəqqəti” ümumdünya hökumətinin yaradılması çağırışları eşidilir. Daha sadə dillə desək, postsovet məkanı parçalanmağa davam edəcək. Əlbəttə ki, onlar birləşib birgə müqavimət göstərə bilərlər, lakin əslində bu, qeyri-real səslənir. Çünki bunun üçün ən azından aşağıdakı iki faktoru nəzərə almaq lazımdır: a) koronavirus təhdidini tibbi deyil, siyasi baxımdan ortaq dəyərləndirilməsi; b) birgə əks-tədbirlər həyata keçirmək (təkcə tibbi baxımdan deyil). Nə qədər ki, biz bir-birimizə virusa qalib gəlmək üçün məsləhətlər veririk, ABŞ öz strateji və qlobal məsələlərini həll edir”.
    loading...