Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək” – POLİTOLOQ…
  • Azərbaycan Tibb Universitetində dərslər onlayn şəklində davam etdirilir
  • Temperatur aşağı enəcək - Nazirlikdən xəbərdarlıq
  • Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • 22 Şub 2020, 21:15   
        68



    Qorbaçovun razılığı ile "Həlqə" əməliyyatı

    BAKI-XEBERTV.AZ
    Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə beynəlxalq platformada açıq şəkildə keçirilən Qarabağla bağlı debatı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan təcavüzkar dövlətin əsl simasını və eyni zamanda öz şəxsi səbatsızlığı və siyasi savadsızlığını bir daha nümayiş etdirdi.
    Əsassız açıqlamalarından birində üzdəniraq erməni lideri Azərbaycan Respublikasının guya "100 faiz ermənilərdən ibarət" keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olduğunu iddia edib. Və "İndi orada bir nəfər də olsun erməni yoxdur, çünki həmin rayon Azərbaycan tərəfinin etnik təmizləməsinə məruz qalıb"-deyə Paşinyan növbəti iftirasını dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın birinci rəsmi şəxsinə bölgənin Dağlıq Qarabağa daxil olmadığını xatırladıb... Əlbəttə, təcavüzkarın hər yalan və iftirasını ətraflı və detallı ifşa etməyə vaxt yetməyib...
    Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov Moderator.az-ın rus versiyasına geniş açıqlamasında səbatsız bir böhtançı olan Paşinyanın Azərbaycan Respublikasının keçmiş Şaumyan rayonundakı qondarma “etnik təmizləmə” ilə bağlı mifini də ifşa edib...
    "Əvvəla, demək lazımdır ki, keçmiş Şaumyan kənd rayonu da, digər Azərbaycan torpaqları kimi hər hansı "qədim erməni " ərazisi olmayıb. Oraya ermənilər Çar Rusiyası və Sovet İttifaqı dövründə köçürülüblər. Və bu adda bölgə yalnız 1930-cu ildə Azərbaycan SSR-in tərkibində yaradılıb və heç vaxt NKAO-nun tərkib hissəsi olmayıb...

    İkincisi, keçmiş Şaumyan rayonunun əhalisi, Paşinyanın Münhendə iddia etdiyi kimi, 100 faiz ermənilərdən ibarət olmayıb. 1979-cu il siyahıyaalınmasına əsasən bu rayonda 4 mindən çox azərbaycanlı və 19 minə yaxın erməni yaşayıb. Bu o deməkdir ki, bu bölgə əhalisinin təxminən 20 faizi azərbaycanlılar olub ...

    Üçüncüsü, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və ətraf rayonlarda 1989-1991-ci illərdə yaranmış vəziyyət bu ərazilərin, xüsusən keçmiş Şaumyan kənd rayonu və DQMV-yə bitişik digər bölgələrin təmizlənməsi üçün qətiyyətli tədbirlər görülmədən Qarabağ münaqişəsinin həlli mümkün deyildi. Bunun üçün xüsusən Şaumyan rayonunda, Çaykənd və digər kəndlərdə pasport rejimini yoxlamaq, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün tədbirlər görmək üçn lazım olan bir sənədin hazırlanmasına gərək duyulurdu...

    Hələ 1989-cu ildə Moskvada Sovet İttifaqı boyunca qanunsuz silahlı dəstələrin ləğvi və pasport nəzarətinin aparılması ilə əlaqədar Sov.İKP MK baş katibi Mixail Qorbaçovun fərmanını icra etmək üçün tədbirlər planı hazırlanmışdı. Bir müddət bu sənəd masa üzərində qaldı. Lakin vəziyyət hər gün daha da pisləşirdi. İki il yarım ərzində Çaykənd, Qarabulaq, Kamo, Azad, Martunaşen, Todan və digər kəndlərdə mülki şəxslərə və Bakı ilə Gəncə arasında hərəkət edən avtobuslara silahlı basqınlar olurdu. Erməni yaraqlıları azərbaycanlı əhalisi olan kəndlərin sakinlərini girov götürürdülər ...

    Və nəhayət, mərkəzi aparatda - SSRİ Prezidenti Mixail Qorbaçov səviyyəsində DQMV və ətraf rayonlarda gerçəkdən nələrin baş verdiyini göstərə bildik. Və rəhbərliyi silahlı terrorçuların dayandıqları yerdə münaqişənin həlli üçün siyasi metodların qəbul olunmasına ümid etməyin yanlış olduğuna inandıra bildik. Ərazini mütləq yaraqlılardan təmizləmək lazım idi. Nəticədə bu sənəd Sovet İttifaqı rəhbərliyi səviyyəsində nəzərə alındı və Qorbaçovu inandıra bildik ki, Qarabağ məsələsi ətrafında iki xalqı sakitləşdirmək böyük məsuliyyətdir və buna laqeyd yanaşmaq olmaz. Çünki ərazidə silahlar işləyir. Silahların çalışdığı yerdə isə qan, insan qurbanları var. Buna görə qan tökülməsinə yol vermək olmaz.
    Bu minvalla Şaumyan rayonunun, Çaykənd və digər yaşayış məntəqələrinin qanunsuz silahlı dəstələrdən təmizlənməsi ilə bağlı bu sənədin icrası Qorbaçovun göstərişi ilə qəbul edildi. Nəticədə "Həlqə" əməliyyatı müvafiq instansiyalar, o cümlədən SSRİ Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən həyata keçirildi. İnsan hüquqları komitələri də bundan xəbərdar edildi. Hamı bu problemi həll etmək üçün səfərbər olundu. Tapşırıq prinsipcə uğurla həll edildi. Qısa müddət ərzində əsas yüksəklikləri müxtəlif erməni terror qruplaşmalarından azad etdik. Nəticədə münaqişədə sakitləşmə yarandı. Və biz əməliyyat vəziyyətini açıqladıqdan sonra mərkəzi hakimiyyət Azərbaycan hökumətinin nə qədər haqlı olduğuna inandı. Eyni zamanda Sovet İttifaqı ərazisində qanunsuz silah istifadəsinin yayılmasının qarşısını almaq üçün vaxtında tədbir görmədiklərindən təəssüfləndilər....

    Keçmiş Şaumyan rayonuna gəldikdə, "Həlqə" əməliyyatından öncə bu rayon respublikanın başçısı olaraq mənim sərəncamlarıma əsasən ləğv edilərək keçmiş Qasım İsmayılov (indiki Goranboy) rayonuna daxil edildi...

    Və sonda qeyd etmək lazımdır ki, keçmiş Şaumyan kənd rayonu və s. ərazilər SSRİ Prezidenti Qorbaçovun orada belə qanunsuz silahlı dəstələrin mövcudluğunu təsdiqlədikdən sonra erməni terrorçu qruplarından təmizləndi. O dövrdə Sovet rəhbərliyinin razılığı olmasaydı, Azərbaycan rəhbərliyi bunu edə bilməzdi.

    Və ən başlıcası, Ermənistanın baş naziri Paşinyanın dünya ictimaiyyətini aldatmağa cəhd etməsinə rəğmən keçmiş Şaumyan rayonunda heç bir “etnik təmizlənmə məsələsi”ndən söhbət gedə bilməz. Çünki “Həlqə” və digər əməliyyatlar zamanı yalnız İttifaqın və respublikanın dövlət, ordu və hüquq-mühafizə orqanlarının qanuni nümayəndələrinə tabe olmayan və müqavimət göstərən terrorçu qrupların üzvləri zərərsizləşdirilib. O cümlədən Çaykənddə yaraqlıların lideri, məşhur terrorçu Tatul Krpeyan məhv edilib...

    O da var ki, dinc erməni əhalisinin özü yaranmış şəraitdə Ermənistana köçmək istəyini ifadə edib.
    Biz əməliyyatın planlaşdırıldığı kəndlərdəki mülki şəxslərdən evlərini tərk etməmələrini xahiş etdik. Çünki əməliyyatın məqsədi yalnız o kəndlərə soxulmuş qanunsuz silahlı dəstələri məhv etmək idi. Onların hamısı Ermənistandan gəlmişdi. Ancaq erməni yaraqlıları mülki insanları qorxudaraq deyirdilər ki, guya onların evlərini qoruyurlar və onlar köçsələr, axırlarl yaxşı olmayacaq. Buna görə qorxmuş insanlar "Həlqə" əməliyyatının keçiriləcəyi Şaumyan rayonu da daxil olmaqla ərazini tərk etməyə tələsirdilər. Öz tərəfimizdən onları yük maşınları və hətta vertolyotlarla təmin etdik. Buna baxmayaraq, erməni təbliğatı azərbaycanlılar tərəfindən öldürüldüyü iddia edilən "onlarla ölü mülki şəxs" barədə yalan məlumatlar yaymağa başladı. Əlbəttə ki, bu doğru deyildi. Sadəcə, erməni mediası dünya birliyinin dəstəyini qazanmağa çalışırdı. Axı onlar Qarabağdakı separatizmi əsaslandırmaq üçün nəsə etməli idilər. ... "

    nuh.az
    loading...