Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 17 Şub 2020, 21:29   
        365


    BAKI-XEBERTV.AZ
    "İrəvana tabutlar getməlidir, Ermənistan başa düşməlidir ki, işğala son qoymasa..."


    Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, millət vəkili Qüdrət Həsənquliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Erəmənistanın baş naziri Paşinyan arasında keçirilən debatla bağlı müsahibə verib:

    - Həmin debat Ermənistanın işğalçı dövlət kimi növbəti ifşası və Azərbaycanın böyük diplomatik qələbəsi idi. Bu debatdan sonra İlham Əliyevi Qarabağla bağlı ittiham edən rəqibləri belə onun diplomatik bacarığını, siyasi gücünü və milli maraqları müdafiə edərkən, qətiyyətli və güzəştsiz mövqeyini etiraf etməli oldular.

    Təkcə bizimkilərin deyil, Ermənistan, Türkiyə, Rusiya və regionda marağı olan digər ölkələrin siyasətçiləri və siyasi ekspertləri də Əliyevin Paşinyandan təhsil, ingilis dilində fikirlərini ifadə etmək qabiliyyəti və öz mövqeyini müdafiə etmək bacarığı baxımından çox yüksəkdə dayandığını qeyd etdilər. Hamı bir daha əmin oldu ki, Ermənistan işğalçı dövlətdir və müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamaq istəyir.

    Yeri gəlmişkən, Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərən "Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" fikri barədə onu demək istəyirəm ki, SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi.1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

    Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi.

    - Paşinyanın Xocalı soyqırımı barədə dediklərinə münasibətiniz necədir?

    - İlham Əliyev Paşinyanın yalan danışdığını sübut etməklə yanaşı, həm də dünya ictimaiyyətinə mesaj verdi ki, dünya erməniləri xarici ölkələrin mətbuatında necə böyük yalanlar dərc etdirib, həqiqəti ört-basdır etmək istəyirlər. Prezident bəyan etdi ki, Xocalı soyqırımını azərbaycanlıların özünün törətməsi barədə Mütəllibovun hansısa müsahibəsinə istinad etmək absurddur, çünki Mütəllibov sağdır və o, dəfələrlə belə bir söz demədiyini bəyan edib.

    - Bu görüşün Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

    - Belə bir debat ilk dəfə keçirildiyi üçün ona çox böyük beynəlxalq diqqət yönəlmişdi. Bu görüş Ermənistanda böyük mənəvi və psixoloji sarsıntı yaradıb. Dünya Ermənistanın yalançı, beynəlxalq hüquqa hörmət etməyən, işğalçı, amma rəzil durumda olmasını bir daha gördü. Hamı əmin oldu ki, kənar dəstək olmasa, rəhbəri Azərbaycan Prezidenti qarşısında pişiyə dönmüş bu ölkə 30 il ərzində bizim torpaqları işğal altında saxlaya bilməz. Bu cür açıq debatın bağlı qapılar arxasında keçirilən danışıqlara mütləq təsiri olacaq. Azərbaycan islahatları genişləndirməklə beynəlxalq nüfuzunu yüksəltməli, iqtisadiyyatını və ordusunu gücləndirməklə Ermənistana təzyiqləri artırmalıdır.

    Paşiyan danışıqlarda konstruktiv mövqe tutmadığı üçün ona ayrılmış vaxt artıq bitib. Biz çalışmalıyıq ki, işğalçı ordunun əsgərlərini, hələlik geniş hərbi əməliyyatlara başlamasaq da, hər gün öldürək.

    İrəvana tabutlar getməlidir. Ermənistan başa düşməlidir ki, işğala son qoymasa, ona güc tətbiqi qaçılmaz olacaq.


    moderator.az
    loading...