Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 12 Şub 2020, 14:05   
        354



    130 ölkənin məxfi yazışmaları 50 il izlənilib

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi məlumatların şifrələnməsiylə məşğul olan İsveçrə şirkəti vasitəsilə 50 il müddətində 130 ölkənin məxfi diplomatik və hərbi yazışmalarını izləyib.

    XEBERTV.AZ xəbər verir ki, bu məlumatı “Tribune de Geneve” qəzeti yayıb.

    Söhbətin “Kripto AG” şirkətindən getdiyi bildirilib. Bu şirkətin dünya dövlətlərinə məxfi məlumatların ötürülməsi zamanı şifrə qurğular təqdim etdiyi vurğulanıb.

    Məlumata görə, MKİ şirkətdən 1958-ci ildən istifadə etməyə başlayıb. Daha sonra şirkətin fəaliyyətini MKİ ilə bərabər Almaniyanın xarici kəşfiyyat idarəsi olan BND Lixtenşteyndə yaratdığı “Minerva” şirkəti vasitəsilə nəzarətdə saxlamağa başlayıb. Qəzet İsveçrə hakimiyyətinin bu müddət ərzində həm MKİ, həm də BND-nin fəaliyyətlərindən xəbərdar olduğunu bildirib.

    Məqalədə həmçinin “Kripto AG”nin fəaliyyətindən 130 ölkənin istifadə etdiyi vurğulanıb. Bu ölkələr sırasında Misir, İran, Səudiyyə Ərəbistanı, Liviya, Argentina və digərləri yer alıb.

    Almaniya və ABŞ-ın şirkətin qurğularındakı “dəliklərdən” xüsusilə İrandakı ABŞ əsirlərini azad etmək, Liviyadan ABŞ-a olan terror hücumları zamanı şifrəli mesajları ələ keçirmək üçün istifadə etdiyi vurğulanıb. Bununla belə Almaniya kəşfiyyatı şirkətə nəzarəti 1993-cü ildə, ABŞ isə 2012-ci ildə tam dayandırıb.Axar.az
    loading...