Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar - Dünyanın danışdığı görüntülər (VİDEO)
  • Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
  • Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA - Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb
  • Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır - AÇIQLAMA
  • Azərbaycanda xüsusi karantin rejimi başladı
  • Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...
  • Türkiyəli həkim: Koronavirus 3-4 aya...
  • ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı
  • Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama
  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu
  • Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
  • 08 Şub 2020, 15:46   
        76


    BAKI-XEBERTV.AZ
    Nazirlərin Qarabağ razılaşması: rezonans doğuran "xəbər..."

    Laçın rayonu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllində əsas müzakirə mövzusudur. Amma Vitali Balasanyanın Laçın rayonunun ərazisində ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış məntəqələrinin tikilməsi barədə açıqlaması həqiqəti əks etdirmir.

    Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra bəzi yalan məlumatlar yayılır:

    “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra mətbuatda bir çox yalan və əsassız məlumatlar yayılır. Düşünürəm ki, Vitali Balasanyanın Laçın rayonunun ərazisində ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış məntəqələrinin tikilməsi barədə açıqlaması həqiqəti əks etdirmir. Birincisi, nazirlərin görüşündən sonra bu haqda rəsmi məlumat verilməyib. Digər tərəfdən, belə bir razılaşmanın əldə olunması danışıqlar prosesinə ziddir.

    Vitali Balasanyan onda olan etibarlı informasiyadan bəhs edir. Lakin bu informasiyanın nə mənbəyi haqda danışır, nə də istinad verir. Bu da öz növbəsində xəbərin dezinformasiya olduğunu göstərir. Əslində bunda təəccüblü bir şey yoxdur. Biz artıq erməni tərəfinin bu cür yalan informasiya yaymasına öyrəşmişik. Çünki oxşar hadisələr əvvəllər də olub. İravanın məkrli siyasəti öz növbəsində informasiya müharibəsindən xəbər verir. Yəni belə bir xəbərin Azərbaycanda necə rezonans doğuracağını yaxşı bilirlər. Digər tərəfdən qeyd etdiyim kimi, belə bir razılaşma hazırki danışıqlar prosesi çərçivəsində imkansızdır. Çünki hər iki xalqın yenidən birlikdə yaşaması prosesi bir qərarla olmur. Bunun üçün uzun zaman lazımdır”.

    Politoloq danışıqların hazırki vəziyyətindən də danışıb:

    “Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasında hər zaman maraqlıdır. Bunun üçün erməni tərəfi qoşunlarını işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarmalıdır. Bu günə qədər danışıqların əsas mövzusu bu olub”.
    loading...