Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 31 Oca 2020, 09:11   
        341


    Nikol Qarabağ danışıqlarını buna görə açdı – Məkrli plan

    Paşinyanın Qarabağda böyük imkanlara sahib olan sələfləri belə illərlə Madrid prinsiplərini öz həmvətənlərinin müzakirəsinə təqdim etmək qərarını verə bilməyib. Ona görə də Paşinyanın çıxışının əsas nəticəsi Madrid prinsiplərinin tənqid olunması və yekunda dəfn edilməsi ola bilər.

    XEBERTV.AZ xəbər verir ki, bu sözlər azərbaycanlı milyarder Fərhad Əhmədovun “Exo Moskva” radiosunun saytında dərc olunan məqaləsində yer alıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ danışıqlarının detalları və 7 rayonun işğaldan azad edilməsi tələbləri ilə bağlı açıqlamasına münasibət bildirilən məqalədə Paşinyanın bu prinsiplərin taleyini “xalq dəstəkləmir, xalqa qarşı gedə bilmərəm” bəyanatını verməklə həll etməyə çalışdığı qeyd edilib.

    Məqalədə Paşinyanın Qarabağla bağlı gözlənilməz çıxışıyla ilk növbədə özünün daxili siyasi cəbhədəki problemlərini həll etməyə çalışdığını bildirilib:

    “İlk növbədə o özünün “bir qarış da torpaq verməyəcəyik” deyə Dağlıq Qarabağla bağlı populist çıxışını təmin etməyə çalışır. Bu da onun seçicilərinin böyük çoxluğunun bugünkü əhval-ruhiyyəsinə uyğundur. İkincisi, özünü sələflərindən “daha böyük vətənpərvər” kimi təqdim etməklə Paşinyan siyasi rəqiblərini təqib etməsi üçün indulgensiyalar yazmış oldu. Üçüncüsü, özünə yaxın gələcəkdə dünya ictimaiyyəti tərəfindən mümkün tənqid üçün immunitet təmin etməyə çalışdı. Öz ünvanına səsləndirilən istənilən kritik bəyanata Ermənistan rəhbəri indi rahat cavab verə bilər ki, mən axı demokratam, xalqın səsini necə eşitməyə bilərəm?”

    Milyarder uzunmüddətli həllin perspektivləri üçün illər ərzində görülən hazırlığın Paşinyan tərəfindən siyasi məqsədləri üçün bir dəqiqədə qurban verildiyini deyib:

    “Bəs vasitəçilər nə edə bilər? Onların “B planı” olduğuna ümid varmı? Məncə, yoxdur. Moskva və Vaşinqton arasında siyasi dialoqun olmadığı şəraitdə o, haradan əldə ediləcək?! Əvvəl bacardıqlarının hamısını onlar hələ 2000-lərin əvvəllərində daha əlverişli siyasi konyunktura şəraitində ediblər. Onların indi bacardıqları yeganə şey yalnız Madrid prinsiplərinin keşiyində dayanmaq ola bilər. Paşinyan yatırımını məhz buna edib, erməniləri mahiyyətcə “yezuit sualı” ilə qarşı-qarşıya qoyub: “Əgər siz bu prinsiplərlə razısınızsa, mən də hazıram”. Cavabı o bilir. Razı deyillər”.

    Fərhad Əhmədov Paşinyana Qarabağın həllinin lazım olmadığını söyləyib. O, Paşinyana öz arzusuna uyğun istifadə edə biləcəyi dondurulmuş münaqişənin gərəkli olduğunu vurğulayıb.

    Milyarderə görə, Paşinyan bunu öz şəxsi maraqları, hakimiyyəti üçün edir:

    “Onun əsas ümidi odur ki, Bakının səbri daşacaq və 2016-cı ilin aprelindəki hücum təkrarlanacaq. Sonradan yenidən vasitəçilər müdaxilə edir, hücumu dayandırır, qarabağlılar isə Paşinyana müdafiə üçün qaçır, Ermənistanda onun avtoriteti güclənir. Siyasi poker bax belədir. Bu o deməkdir ki, bütün vasitəçilər və qonşular bu təxribatı gözləməli və heç bir müdaxilə etməməlidirlər. Bütün bunlar Ermənistandaxili oyunlardır, onda iştirak etmək olmaz. Sakitcə Madrid prinsiplərinə endirilən zərbədən sonrakı yeni situasiyanı analiz etmək və qərarlar axtarmaq lazımdır”.Axar.az
    loading...