Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldı
  • Paşinyan Ərdoğanı təhqir etdi - "Ədəbsiz, ucuz..."
  • Qarabağ əlili: “20 ildir mağaza anbarında yaşayıram” - VİDEO
  • Dəm qazından ölümə görə “Azəriqaz” 50 min manat cərimələndi
  • ƏBƏDİ YAŞAR LİDER - HEYDƏR ƏLİYEV XATİRƏSİNƏ
  • Ulu öndərin vəfatından 16 il ötür
  • Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
  • TƏCİLİ:Yanğın Davam Edir:Ticarət Mərkəzi Kül Oldu
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyindən çağırış :
  • Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
  • Qonşuda kritik durum: hər gün 15 nəfər buna görə ölür
  • Ağcabədililər öz millət vəkilərini seçir
  • İsrailə atılan raketləri Dəmir Qübbə məhv etdi
  • Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • 22 Kas 2019, 10:52   
        53


    Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

    Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub.

    XEBERTV.AZ xəbər verir ki, Aydiyan erməni saytı “Аysor.am”a müsahibəsində Ermənistan hakimiyyəti içində gedən söz-söhbətlərdən xəbərdar olduğunu bildirib.

    “Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan çox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sərkisyanın atəşkəs müqabilində (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəməkdə ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”, - ekspert qeyd edib.

    Aydiyan istisna etmir ki, məhz bu fakt Sərkisyan hakimiyyətinə son qoyub.

    Erməni analitik qeyd edib ki, Nikol Paşinyan Milanda danışarkən Ermənistan cəmiyyətini manipulyasiya edib:

    “Hamı Paşinyanın Qarabağla bağlı tezisini yaxşı bilir: “Bütün tərəfləri razı salacaq həll variantı ilə razıyam”. Azərbaycan tərəfinin bununla bağlı əsas fikri “Qarabağ – Azərbaycanındır və nida işarəsi”dir. Belə çıxır ki, Paşinyan bu fikirlə razıdır? Bu, manipulyasiyadır. Amma gərək Paşinyan bu tip manipulyasiya və maxinasiyalardan əl çəksin. Axı bu mövzu öz həssaslığı ilə seçilir”.

    Xatırladaq ki, Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.Axar.az
    loading...