Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 20 Kas 2019, 23:33   
        370



    İran ÇALXALANIR: yüzdən çox insan öldürüldü, ABŞ ordusu hücuma keçir - DƏHŞƏTLƏ ÜZ-ÜZƏ (FOTO)

    İranda küçə döyüşləri davam etdiyi vaxtda ABŞ Yaxın Şərqə yeni hərbi qüvvələr göndərməyə başlayıb. Vaşinqton Tehran ətrafında halqanı daraldır.

    XEBERTV.AZ xəbər verir ki, prezident Donald Tramp Körfəzdə baş verən gərginlik və Səudiyyə Ərəbistanının neft yataqlarının vurulmasını əsas gətirərək, bölgəyə hərbi qüvvələr göndərməklə bağlı Senata və Nümayəndələr Palatasına məktub ünvanlayıb.

    Məktubda deyilir ki, ABŞ-ın bölgədəki müttəfiqlərinə dəstək vermək, İrandan gələ biləcək digər hücumların qarşısını almaq və regional müdafiə səviyyəsini gücləndirmək məqsədilə Yaxın Şərqə yeni hərbi qüvvələrin göndərilməsi ilə bağlı əmr verilib.

    Səudiyyə Ərəbistanına göndəriləcək hərbi qüvvələrin tərkibinə əsgərlərlə yanaşı, hava hücumları və raket zərbələrinin qarşısını alan müdafiə siustemləri, o cümlədən, iki döyüş təyyarəsi daxildir.

    Yeni hərbi qüvvənin gəlməsindən sonra Səudiyyə Ərəbistanında ABŞ əsgərlərinin sayı 3 min olacaq.

    ABŞ-ın bu qərarı iki kontekstdə diqqət çəkir: Tehranla qarşıdurma davam edir və İranda sosial etirazların başlanmasından sonra hazırda əsl küçə döyüşləri yaşanır.

    ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamasında isə qeyd olunur ki, “Abraham Lincoln” təyyarəsi gəmisi Hörmüz boğazından Körfəzə keçib.

    Vaşinqton hesab edir ki, İran qarşıdakı illərdə bölgədə genişmiqyaslı əməliyyatlara başlayacaq.

    Pentaqonun Hərbi Kəşfiyyat İdarəsinin hesabatında İranın ordunu sürətli şəkildə gücləndirdiyi, Rusiya və Çindən yeni silahlar almaq istiqamətində danışıqlar apardığı və qarşıdakı 10 ildə müharibəyə hazırlaşdığı fikirləri yer alıb.

    Baş verənlər ABŞ-ın İrana mümkün müdaxilə ssenarilərini masada önə çıxardığını deməyə əsas verir.

    İranda benzinin bahalaşmasından sonra başlanan sosial etirazlar davam edir. Ölkədəki rejim interneti və digər kommunikasiya vasitəsilərini bağlayıb. Xarici medianın çətinliklə əldə etdiyi məlumatlara görə, etirazlar zamanı 100-dən çox insan ölüb, minlərlə etirazçı həbs olunub.

    100-dən çox şəhərdə ayağa qalxan etirazçılar bankları, dövlət binalarını yandırır, dini rejimin dəyişdirilməsi tələbi ilə şüarlar səsləndirirlər. Sosial şəbəkələrdə yayılan həvəskar videolarda etirazçıların gecələr də küçələrdən çəkilmədiyi görünür.

    İran prezidenti Həsən Ruhani bu gün rəsmi mediaya açıqlamasında etirazçıların yatırıldığını və “qalib gəldiklərini” açıqlayıb.

    Dini lider Xamnei isə iddia edib ki, “etirazlar xalq tərəfindən həyata keçirilmir, təhlükəsizlik güclərimiz düşməni məğlub etdi”.

    Lakin sosial mediada yayılan məlumat və videogörüntülər etirazların davam etdiyini, daha da şiddətləndiyini deməyə əsas verir.
    BMT etirazçılara qarşı güc tətbiqini pisləyən bəyanat verib.

    Bu etirazlar fonunda ABŞ-ın bölgəyə yeni hərbi qüvvə göndərməsi İrana qarşı mümkün hərbi müdaxilə ehtimalını yenidən aktuallaşdırıb.Publika.az
    loading...