Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldı
  • Paşinyan Ərdoğanı təhqir etdi - "Ədəbsiz, ucuz..."
  • Qarabağ əlili: “20 ildir mağaza anbarında yaşayıram” - VİDEO
  • Dəm qazından ölümə görə “Azəriqaz” 50 min manat cərimələndi
  • ƏBƏDİ YAŞAR LİDER - HEYDƏR ƏLİYEV XATİRƏSİNƏ
  • Ulu öndərin vəfatından 16 il ötür
  • Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
  • TƏCİLİ:Yanğın Davam Edir:Ticarət Mərkəzi Kül Oldu
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyindən çağırış :
  • Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
  • Qonşuda kritik durum: hər gün 15 nəfər buna görə ölür
  • Ağcabədililər öz millət vəkilərini seçir
  • İsrailə atılan raketləri Dəmir Qübbə məhv etdi
  • Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • 18 Kas 2019, 08:30   
        57



    ABŞ Rusiyanın 3 hərbi bazasını necə "məhv etdi"?

    ABŞ bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal əməliyyat keçirib.

    XEBERTV.AZ Virtualaz.org -a istinadən xəbər verir ki, Avropada mənzillənmiş Amerika B-52 strateji bombardmançıları Murmanskda Rusiya atom sualtı qayıqlarının yerləşdiyi “Haciyevo”, “Vidyayevo” və “Polyarnı” hərbi bazalarının məhv edilməsi əməliyyatını məşq etmək üçün unikal manevrlər edib. Bombardmançılar Böyük Britaniyadakı Farford aviabazasından havaya qalxıb, Barents dənizi üzərindən uçaraq şimal qütbü üzərində manevrlər edib. Bombardmançılar Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları və ABŞ-ın P-8 kəşfiyyat təyyarəsinin müşayiəti ilə uçub. Təyyarələr Rusiyanın nüvə raketlərinin sınaqlarının keçirildiyi Novaya Zemlya arxipelaqının 65 kilometrliyindən və Kola yarımadasının yaxınlığından keçib.

    Bundan əvvəl “avia.pro” resursu üç ABŞ B-52 strateji bombardmançısının Rusiya hava sərhədlərinin bilavasitə yaxınlığından uçduğu haqda məlumat yaymışdı. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi şərh verməyib. Habelə Rusiya Hava-Kosmik Qüvvələrinin əvvəllər olduğu kimi, ölkənin hava hüdudlarına yaxınlaşan ABŞ bombardmançılarını “qovması” faktı qeydə alınmayıb.

    Bu baxımdan ABŞ bombardmançılarının nəzərəçarpmadan Rusiyanın strateji hərbi bazalarına yaxınlaşdığı iddia edilə bilər. Hərçənd mütəxəssislər bunu ağlabatan saymır, çünki B-52 nəhəng təyyarədir və o, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 500-600 kilometr məsafədən qeydə alına bilərdi. Bununla belə Rusiyadan müvafiq rəsmi reaksiyaların olmaması bir sıra suallar doğurur.
    loading...