Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • 07 Eki 2019, 19:15   
        255


    Rus deputatdan İNANILMAZ AÇIQLAMA: Qarabağ işğaldan azad edilməlidir!

    “Valday” Beynəlxalq Diskussiya Klubu Soçidə işini başa çatdırıb. Onun məqsədi Şərqdə baş verən siyasi və iqtisadi prosesləri müzakirə etmək olub.

    XEBERTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı tədbirin ən əhəmiyyətli hadisələrindən birinə çevrilib. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev respublikanın geosiyasi proseslərdə rolunu və onun Rusiya ilə münasibətlərinin səviyyəsini təhlil edir.

    - Dmitri İvanoviç, sizcə, dörd ölkənin liderləri arasında nə üçün məhz Prezident İlham Əliyev Klubun iclasına dəvət edilib?

    - “Şərqin şəfəqi” poetik obrazı heç də təsadüfən indiki “Valday” forumunun mövzusu seçilməyib. Son vaxtlar geosiyasi proseslər vektoru nəzərəçarpacaq dərəcədə Şərqə doğru istiqamət göstərməyə başlayıb. Qoca Avropanı istər daxili, istərsə də ABŞ-la münasibətlərdə ziddiyyətlərin parçaladığı bir vaxtda Asiya daha rasional və proqnozlaşdırılan əraziyə çevrilir: Şərqdəki tərəfdaşlarla həm daha səmərəli qarşılıqlı fəaliyyət göstərmək, həm də uzunmüddətli tərəfdaşlıq qurmaq olar. Bu nöqteyi-nəzərdən Rusiyanın xarici siyasətində Azərbaycanın rolu xeyli artır: Azərbaycan Respublikası dəfələrlə konkret addımlarla sübut edib ki, Rusiya qətiyyətlə ona arxalana bilər. Rusiyanın AŞPA-ya qayıdışı məsələsində Azərbaycanın səs verməsi son örnəkdir. Odur ki, bu gün Avrasiya qitəsində münasibətlərin yeni formatını yaratmağın və Asiya dövlətləri ilə dialoq qurmağın vaxtı çatdığı üçün Azərbaycanla strateji tərəfdaşlıq Rusiya üçün son dərəcə əhəmiyyətlidir.

    Coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında yerləşən Azərbaycan üçün sanki tarixin özü tərəfindən böyük missiya hazırlanıb. Respublika inamla dünya siyasətində lider mövqelərə doğru hərəkət edir ki, bu da Azərbaycan iqtisadiyyatının istər intensiv inkişafı, istərsə də ölkədə ictimai-siyasi vəziyyətin sabit olması ilə şərtlənir. Xarici siyasət sahəsində münasibətlərini düzgün qurması sayəsində Azərbaycan qarşılıqlı fəaliyyətin müxtəlif formatlarının tamdəyərli iştirakçısına, ən vacib problemlərə dair forumların keçirildiyi beynəlxalq mərkəzə çevrilib. Odur ki, əksinə, Azərbaycan Prezidentinin bu cür formatlı və belə gündəliyi olan tədbirə dəvət edilməməsi qəribə olardı.

    - Prezident İlham Əliyevin çıxışının əsas hissəsi Dağlıq Qarabağ probleminə həsr olunub. Bu sahədə hadisələrin inkişafını və münaqişənin nizamlanmasında Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

    - Rusiyanın mövqeyi prinsipial və dəyişməz qalır: problemin həlli sırf sülh xarakteri daşımalıdır. Rusiya bu münaqişənin həllində inkişafa nail olmaq üçün bütün zəruri səyləri göstərməyə hazırdır. Üstəlik, şəxsən mən dərindən əminəm ki, Ermənistan Azərbaycan ərazisini qeyd-şərtsiz azad etməyə borcludur. Dağıdılmış və təhqir edilmiş Dağlıq Qarabağ işğaldan azad edilmiş, çiçəklənən Azərbaycan torpağına çevrilməlidir. Görün, 2016-cı ildə azad edilmiş ərazidə nə qədər işlər görülüb! Bu, onu göstərir ki, münaqişə beynəlxalq hüquqa müvafiq surətdə həll ediləndən sonra Dağlıq Qarabağı necə bir inkişaf gözləyir. Şübhəsiz ki, rusiyalılar Dağlıq Qarabağ ətrafındakı vəziyyətə laqeyd qala bilməzlər, çünki ölkəmiz ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya sərhədlərindəki münaqişənin eskalasiyasının Cənubu Qafqazda sabitliyə daim təhlükə yaratması Rusiyaya əsla lazım deyil.

    Bu baxımdan Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının (TŞ) yanaşmalarından köklü surətdə fərqlənir. Nə qədər qəribə səslənsə də, TŞ öz qərarlarının necə icra olunacağına etinasız yanaşır. Təsadüfi deyil ki, Azərbaycan da, Türkiyə də son vaxtlar BMT-nin işinin yetərincə səmərəli olmaması və bu qurumun yenidən təşkil edilməsinin zəruriliyi barədə məsələ qaldırırlar. İkili standartlar yolverilməzdir! Əgər qərarlar qəbul edilibsə, onlar həyata keçirilməlidir, onların icrası isə dünya birliyinin nəzarətində olmalıdır.

    Qeyd etmək istəyirəm ki, hazırda danışıqlar prosesi mahiyyət etibarilə Ermənistan tərəfindən bloklanıb. Yerevan sülhyaratma prosesini açıq-aşkar ləngidir. Bunu həm ölkə rəhbərliyinin təxribat xarakterli bəyanatları, həm də erməni siyasətçilərinin anlaşılmaz kursu göstərir. Elə təəssürat yaranır ki, onların Qarabağ məsələsinə dair heç bir dəqiq strategiyası yoxdur, əks halda, Ermənistanın hətta özünə ziyan vurmaq, perspektivli iqtisadi layihələrdən kənarda qalmaq hesabına danışıqları çıxılmaz vəziyyətə salmaq inadı nə ilə izah oluna bilər. Artıq hamıya aydındır ki, problemi həll etmək lazımdır. Münaqişə daima durğunluq vəziyyətində qala bilməz.

    - Rusiya ilə Azərbaycanın iri iqtisadi layihələrdə, o cümlədən ikitərəfli layihələrdə iştirakını necə qiymətləndirirsiniz?

    - Artıq uzun müddətdir ki, iqtisadi əlaqələrimiz müsbət dinamika nümayiş etdirir. Əmtəə dövriyyəsinin hər il 20-25 faiz artması bu sahədə tərəqqinin ən yaxşı göstəricisidir. Düşünürəm ki, işlərin belə gedişi daha çox onunla bağlıdır ki, Rusiya-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyətli prioritetlər üzərində qurulur. Əbəs yerə əməkdaşlığın müxtəlif aspektlərini əhatə edən beş “yol xəritəsi” işlənib hazırlanmayıb. Ölkələrimiz onlarda az inkişaf etmiş sahələrdə bir-birini tamamlayırlar. Budur lap göz qabağında olan nümunə: Rusiyanın Azərbaycanda müasir atom elektrik stansiyası (AES) tikmək haqqında təklifi. Ölkəmiz nüvə enerjisindən istifadə sahəsində dünya liderlərindən biridir və öz texnologiyalarını bölüşməyə hazırdır. Əgər biz Türkiyədə “Akkuyu” AES inşa ediriksə, onda nə üçün Azərbaycandan olan tərəfdaşlarımız şəxsi atom enerjisi generasiyasına sahib olmasınlar. Nəzərə almaq lazımdır ki, Nəvai qəsəbəsində sahə hələ 1981-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə seçilib. O vaxtlar SSRİ-də tikinti məsələləri onun kuratorluğunda idi. Azərbaycanın elektrik enerjisinin generasiya olunmasına çox ehtiyacı var. Belə ki, təkcə ötən il respublikada enerji istehlakı 14 faiz artıb. Ölkə atom enerjisi ilə, öz qaz resurslarını qoruyub saxlamaq hesabına təqribən 800 milyon dollara qənaət edə bilərdi. Rusiya özünün ən fəal yardımını təklif etməyə hazırdır.

    Əgər qlobal layihələrdən danışılsa, onda Azərbaycan artıq indinin özündə Şərqlə Qərb arasında nəqliyyat və enerji körpüsü rolu oynayaraq qitənin geosiyasi landşaftına və enerji təhlükəsizliyinə təsir göstərir. Bunu demək kifayətdir ki, Azərbaycan eyni vaxtda “Şərq-Qərb” və “Şimal-Cənub” layihələrində iştirak edən yeganə ölkədir. Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşmasına daha çox cəlb olunub, lakin Rusiyadan yüklər, həmçinin Azərbaycandan və Qərb istiqamətində gedir, çünki tarif siyasətinin razılaşdırılması məsələləri həll olunub və möhtəşəm nəqliyyat infrastrukturu yaradılıb. Xəzər Konvensiyasının imzalanmasından sonra Xəzərin mənimsənilməsində qarşılıqlı fəaliyyətin güclənməsi də bura əlavə olunsa, onda ölkələrimizin Avrasiya məkanında etimad və əməkdaşlıq atmosferinin yaradılmasına nə qədər güc və siyasi iradə sərf etdikləri aydın görünər.
    loading...