Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 09 Eyl 2019, 22:20   
        59


    BAKI-XEBERTV.AZ
    Ermənistanın çirkin ekoloji-siyasi oyunları - Xəzər dənizi təhlükədə
    Ermənistanda Amulsar qızıl mədənində aparılan işlərin ətraf mühitə zərər vurması ölkədə etirazlar yaradıb.

    Etirazçılar bəyan ediblər ki, hökumətin Livan şirkətinin ekspertləri tərəfindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib.

    Ümumiyyətlə, bu ilin avqust ayı ərzində bir neçə dəfə Yerevanın mərkəzində toplaşan etirazçılar "Amulsar dağdır, vəssalam", "Yataqlarsız gələcək" yazılmış bannerlər qaldırıblar.

    Onlar ermənilərin genefonduna zərbə vuran yatağın qapadılmasını tələb ediblər.

    Ekoloqlarla hökumət arasında da məsələ ətrafında mübahisə yaranıb. Ekspertlər hesab edirlər ki, Ermənistanın İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayıb.

    Ekoloq Anna Şahnazaryanın fikrincə, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib edilməyib.

    Onun fikrincə, qızıl yataqların işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. A.Şahnazaryan müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb.

    2012-ci ildən erməni ekspertləri və bir sıra təşkilatların aktivistləri layihənin ekologiyaya neqativ təsirlərinin olmasına görə hökumətə xəbərdarlıq edirdilər. Artan narazılıq hökuməti layihəni yenidən nəzərdən keçirməyə vadar edib.

    Bununla bağlı bir neçə gün öncə Ermənistan Respublikası İstintaq Komitəsi tərəfindən "Earth link & Advanced Resources Development" (ELARD) konsultant şirkətinin hesabatının ictimaiyyətlə bölüşdürülməsi ilə məsələ yenidən gündəmə gəlib.

    Şirkət ekosistemə hər hansı ciddi mənfi təsirin olmaması səbəbi ilə qızıl mədəninin işlədilə biləcəyini açıqlayıb.

    ELARD yataqların istismarı layihəsinin operatoru olan, aksiyalarının 100 faizinin Böyük Britaniyanın "Lydian İnternational" şirkətinə məxsus "Lydian Armenia" şirkətinə suyun çirklənməməsi üçün 16 tövsiyə təqdim edib.

    "Lydian Armenia" bunlardan onunu artıq reallaşdırdığını bildirsə də, yerli və beynəlxalq ekoloqlar bununla razılaşmırlar.

    Ermənistanın Baş naziri Nikol Paşinyan isə kəşfiyyat işlərinin yenidən icra edilməsi ilə bağlı sosial şəbəkədən çağırış edib.

    N.Paşinyanın fikrincə, layihənin icrası Sevan (Göyçə) gölünə, Darb, Vorotan və Arpa çaylarına təhlükə yaratmayacaq.

    Bununla belə, ELARD qızıl mədəninin istismarının yerli çaylarda minimum çirkləndirmə yaradacığını proqnozlaşdırıb. Bir sözlə, hesabatda mədənin ekoloji fəlakətlərə yol açacağı fikirlərinə "meydan oxunulur".

    Ermənistan mətbuatında yazılıb ki, hesabatda mədənin istismarı ilə bağlı müqavilənin qanuni olmasına dair bir məqam yoxdur.

    Deputat Naira Zöhrabyan etiraz aksiyaları zamanı bəyan edib ki, Ermənistan xalqı Amulsar qızıl mədəninin istismarına qarşıdırsa, o zaman təmsil olunduğu partiya ("Çiçəklənən Ermənistan") da mədənin istifadəyə verilməsinin əleyhinə çıxacaq.

    "Amulsar işi" göstərir ki, N.Paşinyan ölkəyə investor cəlb etmək üçün erməni xalqının təhlükəsizliyini təhlükəyə atmağa hazırdır.

    Belə ki, Amulsarın istismarına görə 400 milyon dollar investisiya qoyulub.

    Amulsar qızıl yatağının istismarı məsələsi "Mənim addımım" hakim parlament fraksiyasında da fikir ayrılıqları yaradıb.

    Ermənistanın "Hraparak" nəşri yazıb ki, fraksiyanın 30-a yaxın deputatı yatağın işlənməsinə qarşı çıxıb. Daha əvvəl fraksiyanın iclasında həmin deputatlar qızıl yatağının istismarına qarşı öz arqumentlərini təqdim ediblər.

    Amulsar qızıl yatağının istismara verilməsi N.Paşinyanın "Ermənistan 2050" inkişaf strategiyasına da ziddinədir.

    Ağıllı iqtisadi modelə keçidi gerçəkləşdirə bilməyən N.Paşinyan iqtisadi vəziyyəti düzəltmək üçün alternativ yollar axtarır.

    O anlayır ki, maliyyə resurslarına ciddi ehtiyac var. Bu fonda acınacaqlı sosial-iqtisadi vəziyyətdən çıxmaq məqsədilə vətəndaşlara verilən qeyri-real vədlərin təmin edilməməsi hakimiyyətin itirilməsinə gətirib çıxara bilər.

    Amulsarın yerləşdiyi Cermuk şəhərinin (Azərbaycanın tarixi Dərələyəz mahalı) sakinləri də etirazçılara dəstək verib. Onlar bu gedişlə kurort zona sayılan həmin ərazilərin mədən bölgəsinə çevriləcəyini söyləyiblər.

    Əhali isə qızıl mədəni ilə bağlı layihənin reallaşmasına müqavimət göstərir. Bu N.Paşinyanı daha da çıxılmaz duruma salır. Çünki Ermənistan hökuməti ilə müqavilə imzalanıbsa və investisiya xərclənibsə, Britaniyanın "Lydian International" şirkəti həmin layihəni həyata keçirməlidir.

    Əks təqdirdə isə "Lydian International" Ermənistanı məhkəməyə verib 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələyib. Layihənin digər ciddi təhlükəsi Azərbaycan ərazisindən keçən çayları çirkləndirmə potensialıdır.

    Ermənistanın Ətraf Mühit Cəbhəsi təşkilatı ilə beynəlxalq ekspertlərin birgə araşdırması nəticəsində məlum olub ki, layihənin başlaması ilə asid, metal, sulfat, nitrat və digər zərərli maddələrin Arpa və Vorotan çaylarına axıdılması baş verəcək. Bu isə ekosistem üçün təhdiddir.

    Araşdırmada adı çəkilən Arpa çayının Naxçıvan ərazisində, Vorotan çayının isə işğal edilmiş bölgələrdə Araz çayına birləşməsi, layihənin istismarının Azərbaycan üçün təhlükə yaratdığını göstərir.

    Bu, Xəzər dənizi su hövzəsinin ekoloji vəziyyətinə birbaşa neqativ təsirini ortaya qoyur.

    Ermənistanın yanlış siyasəti isə problemi artıq iki dövlət arasında olmaqdan çıxarmaqla, qlobal miqyasa gətirir. Bununla da Ermənistan tərəfdaş olduğu BMT-nin transsərhəd çayları ilə bağlı razılaşmasını ciddi şəkildə pozur.

    "Ermənistan hökuməti ölkənin məhdud nağd pul vəsaitinə sahib olan iqtisadiyyatı olduğunu, xalqının isə yoxsulluq vəziyyətinə düşdüyünü bildiyindən BMT-nin transsərhəd çaylar haqqında sazişini açıq şəkildə pozmağa qərar verib".

    Bunu "Report"a Azərbaycanın transatlantik münasibətləri və xarici siyasət məsələləri üzrə ekspert olan amerikalı Piter Teys deyib.

    O, Amulsar qızıl-filiz yatağının işlənməsinin Xəzər dənizi hövzəsi üçün və Qafqaz regionunda torpağın keyfiyyəti baxımından da təhlükə yaratdığını vurğulayıb.

    Görünən odur ki, Azərbaycanın kütləvi iqlim dəyişiklikləri ilə mübarizəyə qoşularaq, yüz minlərlə ağac əkməsi müqabilində, Ermənistan ekologiyanı risk altına atır.

    Ekoloq Telman Zeynalov Oxu.Az-a açıqlamasında deyib ki, qızılın tərkibində civə olur.

    "Bu civə suya da düşə bilər, havaya da qalxa bilər. Külək vasitəsilə Azərbaycan ərazisinə də keçə bilər", - deyə T.Zeynalov bildirib.

    Onun sözlərinə görə, dövlət qurumları monitorinq aparıb vəziyyətə nəzarət etməlidirlər.

    "Amulsar qızıl yatağında həddindən artıq çox çirkləndirici elementlər var. Buna görə də Azərbaycan ərazilərinə Ermənistandan çirkləndirici elementlər gələcəksə, onları beynəlxalq məhkəməyə verib cərimələndirmək lazımdır".

    T.Zeynalov hesab edir ki, Amulsar qızıl yatağı Xəzər hövzəsi üçün də təhlükə yaradır:

    "Hazırda çirkin ekoloji-siyasi oyunlar gedir".
    loading...