Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - FOTO
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • 29 Ağu 2019, 20:29   
        189



    Qarabağla bağlı bütün cəmiyyəti SİLKƏLƏYƏCƏK TƏKLİF: Bir ay sonra...




    “Dağlıq Qarabağ münaqişəsinin həlli yeni siyasi və hərbi müstəviyə keçməlidir. Vaxt çatıb ki, xalqımız bütün dünya ictimaiyyəti qarşısında vahid mövqe ortalığa qoysun”.

    XEBERTV.AZ xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib.

    M.Mehdiyev təklif edir ki, payızda Böyük Xalq Qurultayı çağırılsın: “Bunu Qarabağ qurultayı da adlandıra bilərik. Bu, çox vacibdir. Uzun illərdir ki, regionda qeyri-sabitlik yaradan Qarabağ münaqişəsinin həlli variantları müxtəlif siyasi platformalarda müzakirələrə çıxarılır. ATƏT-in Minsk qrupu münaqişənin dondurulmuş halda saxlanmasında maraqlı görünür. Belə vəziyyət Ermənistana daha çox sərf edir. Təəccüblüsü budur ki, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin rəhbərləri problemin həllində azacıq irəliləyiş və yaxud gərginlik yaranan kimi məsuliyyəti hər iki tərəfin liderlərinin üzərinə qoyurlar. Yəni, Azərbaycan və Ermənistan prezidentləri danışıb razılığa gəlsinlər. Əslində indi ATƏT-in Minsk qrupu həmsədrlərinin xarici işlər nazirlərinin və yaxud prezidentlərin görüşlərini təşkil etməkdən başqa heç bir işi yoxdur. Belə təmaslar isə hər hansı bir dövlət başçısının və ya elə münaqişə tərəfləri liderlərinin təşəbbüsü ilə də həyata keçirilə bilər. Son vaxtlar Ermənistan prezidentinin səsləndirdiyi bəyanatlar münaqişəni qorxulu müstəviyə keçirə bilər. Belə olan halda görəsən ATƏT-in Minsk qrupu öz vəzifəsini necə yerinə yetirəcək? Görünən budur ki, Nikol Paşinyan Dağlıq Qarabağı Ermənistan ərazisi hesab etməklə münaqişənin həllini birbaşa Rusiyanın nəzarətinə keçirmək istəyir. Bu vəziyyətdə Azərbaycan şimal qonşusu ilə üz-üzə qalır. Həmin variantda Dağlıq Qarabağ “əhalisinin” təhlükəsizliyini KTMT-yə üzv olan dövlətlər qorumalıdırlar. Belə halda təşkilatın sülhməramlıları bölgəyə yeridilə bilər. Çox qorxulu variantdır, Azərbaycana ərazi itkisindən başqa heç nə vəd etmir”.




    M.Mehdiyev hesab edir ki, biz qətiyyətli addım atmalıyıq.

    “Bunun üçün Azərbaycan cəmiyyətinin bütün aparıcı siyasi qüvvələri və ayrı-ayrı icmaların təmsilçiləri məsuliyyəti birlikdə öz üzərilərinə götürməlidirlər. Təklif edirəm ki, bu ilin payızında Azərbaycanda Böyük Xalq Qurultayı (Qarabağ Qurultayı da adlandırıla bilər) çağırılsın. Tədbirdə ölkə prezidenti, təhlükəsizlik şurasının üzvləri, millət vəkilləri, iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq bütün milli siyasi qüvvələr, QHT rəhbərləri və vətəndaş cəmiyyətinin fəalları, Qarabağ icmasının və regionların nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri, elm və mədəniyyət xadimləri iştirak etməlidirlər. Qurultayda hər bir kəs yalnız Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar təkliflərini verməlidir. Yekun qərar Azərbaycan xalqının iradəsi kimi qəbul olunmalıdır. Bundan sonra münaqişənin həlli istiqamətində vahid siyasi və hərbi mövqe əsas götürüləcək. Digər tərəfdən, qurultay Dağlıq Qarabağ problemindən daxildə siyasi mübarizə predmeti kimi istifadəyə son qoyacaq”, - deyə bildirib.
    loading...