Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • 24 Ağu 2019, 15:02   
        73


    Ankaranın yeni planı: Pəncə-3-ün əsas məqsədi... - Şərh

    Türkiyə Pəncə-3 əməliyyatı sayəsində bir neçə məqsədinə çatmağa çalışır.

    XEBERTV.AZ xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu öz Feysbuk səhifəsində paylaşıb. O bildirib ki, Türkiyə ordusunun dünən axşamdan İraqın şimalında başladığı növbəti Pəncə-3 hərbi əməliyyatının bir neçə məqsədi var:

    "Birincisi, bu əməliyyatla PKK terror təşkilatının Qəndildən Türkiyə sərhədinə qədər olan uzun məsafəni nəzarət altına almaq hədəflənib. Yəni Türkiyə ordusu PKK-nın bazası sayılan Qəndillə arasındakı məsafəni qısaldır ki, terrorçular özlərini güvəndə hiss etməsinlər. Başqa sözlə Türkiyə ordusu terrorçuları sərhəddən çox uzaqda qarşılayaraq onları neytrallaşdırmağa çalışır. İkincisi, əməliyyat əsasən terrorçuların İraq - Suriya xətti kimi istifadə etdikləri Hakurk bölgəsini əhatə edir. PKK bu bölgənin imkanlarından geniş istifadə edərək, Suriyadakı törəmələriylə əlaqə yaradır. Türkiyə bu əlaqəni də zəiflətməyə çalışır. Üçüncüsü, PKK ölümə göndərdiyi terrorçularının önəmli hissəsini məhz Hakurkda hazırlayaraq Türkiyəyə göndərir. Dördüncüsü, Türkiyə ordusu Pəncə-3 əməliyyatı ilə PKK-nın qışa hazırlıqlarını əngəlləyir. Hakurk bölgəsinin bombalanması PKK üzvlərinin həm Türkiyə sərhəddinə yaxınlaşmasını, həm də geri Qəndilə dönməsini çətinləşdirir”.

    Politoloqun sözlərinə görə, Ankara yeni əməliyyat sayəsində həmçinin Suriyada zəifləyən mövqelərini PKK və PYD-yə qarşı İraqda əməliyyatlar keçirməklə gücləndirməyə çalışır:

    “Yeni əməliyyatın Türkiyə üçün geosiyasi əhəmiyyəti də var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra Moskvaya rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedir. Türkiyənin Suriyanın İdliblə bağlı mövqeləri zəifləyir. Suriya ordusu bu şəhərə xeyli yaxınlaşıb ki, bu da Türkiyənin Suriyadakı maraqlarının əleyhinə işləyir. Türkiyənin İdlib istiqamətdəki mövqeyi zəifləyərkən Ankara PKK və PYD ilə mübarizədə əlini gücləndirməyə çalışır. Əgər keçmiş illərdə İraqın mərkəzi hökuməti və Şimali İraqın kürd liderləri Türkiyənin oxşar əməliyyatlarına etiraz edirdilərsə, hazırki əməliyyata etiraz yoxdur. Türkiyənin terrora qarşı haqlı mübarizəsi anlayışla və ya səssiz qarşılanır. Bu, Türkiyənin də maraqlarına uyğundur”.

    Qeyd edək ki, Türkiyə ordusu bu gün İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı Pəncə-3 əməliyyatına başlayıb.Axar.az
    loading...