Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 23 Ağu 2019, 00:09   
        639


    Şok proses: Bütün münaqişələr bu yolla həll ediləcək? – Video


    ABŞ-la Danimarka arasında razılaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək.

    XEBERTV.AZ xəbər verir ki, bunu politoloq Natiq Cəfərli Qrenlandiyanın satılması ilə bağlı məlumatlara münasibət bildirərkən qeyd edib.

    O, ABŞ-ın Qrenlandiyanı almaq üçün irəli sürdüyü təklifin gələcək perspektivləri barədə danışıb:

    “ABŞ-ın tarixində pulla torpaq alınması faktları çoxdur. Bu gün də Tramp Qrenlandiyanı almaq üçün Danimarkaya təklif irəli sürüb. Təklif maraqlıdır - ildə 600 milyon dollar ödəməklə müddətsiz icarəyə götürmək istəyirlər. Yəni ada de-fakto ABŞ-ın olacaq, amma de-jure Danimarkanın da haqqı-hüququ ada üzərində qalacaq. Razılaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək, ABŞ adanın tam hüquqlu icarədar sahibi olacaq, amma Qrenlandiya vətəndaşları Damimarka vətəndaşlığında qalacaq, ABŞ seçkilərində iştirak etməyəcəklər”.

    N.Cəfərlinin sözlərinə görə, eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir:

    “Fikrimcə, digər konfliktlərə örnək ola biləcək mexanizm, presedent hazırlığına start verilib. Yəni məsələ tək Qrenlandiya deyil - eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir. Rusiya Krımı "özəlləşdirmək" üçün Ukrayna ilə bənzər müqavilə bağlayıb, məsələni həll edəcək. Rusiya və Qərb birlikdə bu məsələni həll etməyi düşünür ki, Rusiya ilə yaxınlaşma başlasın və ümumi ciddi rəqibə - Çinə qarşı birgə səf tutsunlar”.

    Politoloq bu üsulla Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi imzalanacağını bildirib:

    “Çox güman ki, yaxın aylarda Rusiya G-8 formatına dönəcək, Ukrayna ilə sülh imzalanacaq. Donbas Kiyevin nəzarətinə qayıdacaq, amma Krımın "müddətsiz icarə müqaviləsi" prinsipi ilə Rusiyanın tərkibində qalması rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək, ya da pulsuz neft-qaz verəcək”.

    N.Cəfərli deyib ki, bu mexanizmin həmçinin, bütün post-sovet məkanındakı konfliktlərə tədbiq edilmə ehtimalı var.

    Qeyd edək ki, bundan əvvəl “Vaşinqton Post” qəzeti Donald Tramp administrasiyasının Qrenladiyanın ABŞ-ın daimi mülkiyyətinə keçməsi üçün Danimarkaya ildə 600 milyon dollar təklif etməyə hazırlaşdığını yazmışdı.axar.az

    loading...