Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 13 Ağu 2019, 08:24   
        55

    Ermənilər Şuşa məscidini hansı məqsədlə bərpa edirlər?
    BAKI-XEBERTV.AZ
    susa_mescid_iran_sirketi
    Dostum Kamal Əli “ermənilər Şuşa məscidini niyə təmir edirlər” sualına cavab axtarır. Bu suala mən də günlərdir cavab tapmağa çalışıram. Erməni separatçıları Şuşanı 27 ildir işğal altında saxladıqları halda dağıtdıqları məscidin bərpasına niyə bu il başlayıblar? Bu qərarı indi niyə veriblər? Bu suallara da cavab tapmağa çalışmalıyıq.
    Politoloq Elxan Şahinoğlu Ermənistanın Qarabağda başladığı “təmir-tikinti” işlərinin arxasında gizlədilən oyulara münasibətini bildirib.

    Erməni separatçıları illərdir işğal etdikləri torpaqlarda heç nə etmirdilər, sadəcə Ermənistandan və Suriyadan imkansız ailələri Şuşaya, Laçına və Kəlbəcərə köçürürdülər. Buna baxmayaraq dağıtdıqları infrastruktura dəymirdilər, pul xərcləmirdilər. O zaman düşünürdük ki, yəqin ermənilər də anlayır ki, nə zamansa onlara aid olmayan Şuşanı, Laçını və Kəlbəcəri boşaltmaldırlar və əgər buna gedəcəklərsə niyə bu yerlərə pul xərsləsinlər ki? Ancaq vəziyyət indi dəyişib.



    Elxan Şahinoğlu
    Ermənilər son illər həm Şuşa, Laçın və Kəlbəcərə daha çox erməninin köçürülməsinə çalışırlar, həm də bu yerlərdə infrastruktur çalışmalarını sürətləndiriblər, yollar tikirlər, kiçik müəssisələr açırlar, nəyisə təmir edirlər və s. Bu o deməkdir ki, ermənilər daxilən Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasına hazır olsalar da, Şuşa, Laçın və Kəlbəcərdən imtina etmək fikirləri yoxdur. Elə buna görə də ermənilər işğal altındakı Ağdam məscidini yox, Şuşa məscidini təmir edirlər. Hətta erməni separatçıları hipotetik olaraq Laçın və Kəlbəcərdən imtina haqqında düşünsələr də, Şuşadan ikiəlli yapışmağa çalışacaqlar. Ermənilərin Şuaşadakı məscidi təmir etmələri də məhz bununla bağlıdır. Şuşa onlar üçün Xankəndini nəzarətdə saxlamaq qədər vacibdir. Sadəcə, başqa bir sual da meydana çıxır: Ermənilər Şuşadakı məcsidi kimin üçün təmir edirlər? Axı Şuşa məscidində namaz qılacaq bir müsəlman belə yoxdur.

    Ermənilərin Şuşa məcsidini hansısa İran şirkəti ilə birgə təmir etməsinin arxasında xüsusi plan dayanır. İrəvanda da azərbaycanlıların məcsidi var. 1999-cu ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olanda həmin məcsidə baş çəkdim və orada ancaq bir neçə İran vətəndaşını gördüm. Ermənilər (ermənilər deyərkən 3 qüvvənin birgə fəaliyyətini nəzərdə tuturam: Dağlıq Qarabağdakı erməni separatçıları, Ermənistan hakimiyyəti və dünyadakı erməni lobbisi) eyni plan əsasında da Şuşa məscidini İran vətəndaşlarının istifadəsinə vermək istəyirlər. Ancaq Dağlıq Qarabağ Ermənistan deyil. Əgər İran vətəndaşı rahat İrəvana gedib oradakı məsciddə namaz qıla bilərsə, Şuşada bunu rahat edə bilməyəcək. Birincisi, Azərbaycan İran vətəndaşlarının Dağlıq Qarabağa səfərlərinə, o cümlədən Şuşaya gəlişlərinə etiraz edəcək, notalar göylərdə uçuşacaq. İkincisi, Tehran Bakı ilə münasibətlər korlanmasın deyə özü vətəndaşlarını bu təxribatlardan çəkindirməlidir. Halbuki, iranlı diplomatlardan biri mənim Şuşa məscidinin təmirində İran şirkətinin iştirakına etirazıma reaksiyası belə olmuşdu: “Burda nə pis iş var ki? Niyə Azərbaycan İran şirkətinin Dağlıq Qarabağdakı məscidin təmirinə bu qədər etiraz edir?”. Ona bunun niyəsini detallı şəkildə anlatdıqda mübahisə böyümüş söhbət həmişəki kimi “Azərbaycan İsraillə niyə əməkdaşlıq edir” sualı səviyyəsinə enmişdi.

    Buna baxmayaraq, Tehran Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı oradakı ermənilərin “Dağlıq Qarabağ Ermənistandır” şüarından dərs götürüb. Azərbaycan ictimaiyyətinin və İran azərbaycanlılarının kəskin etirazı Tehranı erməni məsələsində diqqətli olmağa vadar edir. Digər tərəfdən ABŞ sanksiyaları ilə üzləşən İranın Azərbaycanla iqtisadi və Rusiya ilə birgə regional əməkdaşlığı inkişaf etdirməyə marağı daha böyükdür. Bu səbəbdən Tehran Şuşa məcsidinin bərpasına maraq göstərən şirkətlərini və Dağlıq Qarabağa qeyri-qanuni səfərlər barədə düşünən vətəndaşlarını xəbərdar etməlidir.

    Qayidaq ermənilərin Şuşa məscdinin bərpası məsələsinə, onlar bunu etməklə Azərbaycana və beynəlxalq aləmə mesaj göndərməyə çalışırlar ki, “Şuşanı heç bir halda boşaltmayacaqlar”, tam əksinə, bu şəhərdə erməniləşdirmə siyasətini gücləndirəcəklər. Bərpa olunmuş məscid onlara bir simvol olaraq lazımdır ki, Şuşada erməni kilsəsi ilə bərabər məcsid də var. Erməniləri “bəs bu məcsiddə kim ibadət edəcək” sualı maraqlandırmır, bu sualın cavabını onlar sonraya saxlayıblar, hətta imkanları olsa İrandan Şuşa məcsidinə bir axund da təyin edərdilər.

    Azərbaycan XİN işğal altındakı Şuşa məscidinin təmirinə etiraz edib. Ancaq bu erməni separatçılarını az narahat edir. Separatçıları heç beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu həmsədrləri “işğal altındakı Şuşa məscidini hansı məqsədlə təmir edirsiniz” sualı ilə narahat etmirlər. Demək verilən və verilməyən bəyanatlarla kifayətlənmək olmaz. Biz elə alətlərdən istifadə etməliyik ki, erməni separatçıları özlərinə aid olmayan və heç zaman yaşamadıqları torpaqlarda məscid bərpasından, köçürmə və müəssisələrin açılması siyasətindən imtina etsinlər. Bu alətləri işə salmasaq işğal altındakı bölgələrdə erməni təxribatlarının qarşısını almaq çətin olacaq.

    Bizimyol.info
    loading...