Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı
  • Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
  • Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı
  • “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • 03 Ağu 2019, 17:31   
        251


    Paşinyan Qarabağa öz adamını yerləşdirmək istəyir - Politoloq rəyi
    Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər etməsində bir neçə məqsədi var. İşğal altındakı Dağlıq Qarabağda müxtəlif dırnaqarası yarışlar keçirməklə Qarabağdakı separatçı rejimi beynəlxalq aləmə “müstəqil” qurum kimi tanıtdırmağa çalışırlar. Amma ortada heç bir nəticə yoxdur.

    XEBERTV.AZ xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu N.Paşinyanın Dağlıq Qarabağa avqustun 5-də gözlənilən qanunsuz səfərini şərh edərkən deyib.

    Ekspertin sözlərinə görə, Ermənistanın qondarma rejimi “müstəqil dövlət” kimi tanıtdırmaq cəhdlərinin heç vaxt nəticəsi olmayacaq, çünki beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

    Politoloq qeyd edib ki, N.Paşinyanın başqa məqsədi də var, bu da Dağlıq Qarabağdakı separatçıları zəiflətməkdir:

    “Bilirsiniz ki, gələn il Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” keçiriləcək. Paşinyanın məqsədi odur ki, öz adamını Qarabağ “rəhbərliyi”nə gətirsin. Çünki hazırkı Qarabağ “rəhbərliyi” Paşinyana tabe deyil.

    Bununla belə, qondarma rejim Ermənistana tabedir və Ermənistan ordusu Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilib. Amma Qarabağ separatçıları Paşinyandan çox, Yerevandakı “Qarabağ klanı”na – Robert Koçaryan və Serj Sarkisyan cütlüyünə tabedirlər. Bu da Paşinyanı narahat edir”.

    O əlavə edib ki, N.Paşinyanın Qarabağ separatçılarının başına öz adamını gətirməsi isə çox çətin məsələdir:

    “Çünki işğal altındakı torpaqlarda daha çox Yerevandakı “Qarabağ klanı”nın mövqeləri güclüdür. Paşinyan da istəyir ki, səfərlər, orada edəcəyi çıxışlar vasitəsi ilə Qarabağdakı erməniləri öz tərəfinə çəksin”.

    E.Şahinoğlunun fikrincə, Azərbaycan bu səfərlərə görə Ermənistana daha da sərt üzünü göstərməlidir:

    “Çünki bilirik ki, son illər səfərlər hava nəqliyyatı üzərindən həyata keçirilir. Halbuki əvvəllər bu səfərlər quru yolla edilirdi. Əvvəllər Xankəndi hava limanını istifadəyə vermək istəyəndə Azərbaycanın sərt mövqeyi ilə üzləşdilər. Beynəlxalq aləm də, aviasiya şirkətləri də Azərbaycanı dəstəklədi”.

    Bir müddət əvvəl Ermənistanın Baş naziri N.Paşinyan bəyan edib ki, avqustun 5-də Dağlıq Qarabağa gələcək və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək. Səfər “ümumerməni oyunları”nın açılış mərasimi ilə bağlıdır.
    loading...