Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • 27 Haz 2019, 22:10   
        150



    Ekspertdən yeni MiQ-29 AÇIQLAMASI - "Təyyarə REM vasitəsilə "ölü vəziyyətə" salınıb"

    "Dünən qəzaya uğrayan və Xəzər dənizinin şimal hissəsinə düşən MiQ-29 təyyarəsi ilə bağlı yazdığım balaca qeydlərlə bağlı bir tozanağ qopub ki, gəl görəsən. Mən bunu əvvəlcədən də bilirdim və görürdüm. Zərrə qədər də nə narahatçılığım, nə də narazılığım yoxdur".

    XEBERTV.AZ xəbər verir ki, bunu hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb.

    Ekspert daha sonra yazıb:

    "Bir daha əmin oldum ki, bizim gələcəyimçiz belə yanaşma ilə çox qaranlıqdır.
    Yazdıqlarımı dönə-dönə xüsusi olaraq o fikirlərlə müşayət etdim ki, baş vermiş hadisəni harasa yozmaq və ya bağlamaq lazım deyil. Azərbaycan dövlətinin peşəkar hərbçisi və dəyəri 20-30 milyon olan qiymətli hərbi avadanlığı sıradan çıxarılıb. Kimin ağlına nə gəldi, ağzına nə gəldi yazır. Hamı da hərb elminin dərin "biliciləri", az qala "akademik və filtifessorları" olub. Ay qardaşlar, ay yoldaşlar, xüsusən də özlərini urusun "uşağı" hiss eləmək istəyən yoldaşlar! Sakit olun. Özünüzə gəlin.
    Dövlət və hökumət strukturlarında oturan bəzi dostlarım mənə deyil, yaxın ətrafımla təcili olaraq əlaqəyə çıxıblar ki, amanın günüdür, bu yazını silmək lazımdır. Yoxsa sabah Putin Azərbaycana qarşı müharibəyə başlıyacaq. Ay bu işin axırı yaxşı olmayacaq. Min dənə axmaq-axmaq təklif və sözlər. O məşhur komediyada deyilən sözlərlə demək istəyirəm ki, "ay yazıqlar, ay qorxaqlar, ay acizlər"! Bundan da ağır günümüz olacaq?! Sənin dövlətinin namusuna, qeyrətinə açıq şəkildə sataşmaq istəyirlər və bəzən sataşırlar, bəziləri də mal kimi durub baxırlar. Özünüz bilərsiniz. Hər yazılan və deyilən söz tarixdir və indi də olmasa gələcək nəsil o sözlərə lazımı qiyməti mütləq verəcək. Dünən söylədiklərimi daha da geniş açıqlasam...".


    Üzeyir Cəfərov qeyd edib ki, MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Onun sözlərinə görə, təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb.

    "Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən yoldaşlara xatırladıram ki, MiQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən - bu maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə "ölü vəziyyətə" salınıb. Gerisi məlumdur.
    Bu qədər. Yazdıqlarım hansısa ucuz sensasiya xatirinə deyil, dövlətimə, xalqıma və millətimə bağlılıqdan irəli gələn, bizi guya adam yerinə qoymaq istəməyən şimallı,cənublu, şərqli, qərbli yaramazlara sübut etməkdir ki, biz də sizdən fərqli olaraq hər hoqqlarınızı da, naxələfliyinizi də, əclaflığınızı da bilirik. Yoxsa, ay amandır Rusiya bu məsələyə nə deyəcək, nə deməyəcək suallarına, inşallah çox tezliklə cavablar alacağıq, eyni zamanda çox maraqlı hadisələrin şahidi olacağıq.
    Tanrı Azərbaycanımızı qorusun!
    Allah günahsız şəkildə xaincəsinə sıradan çıxarılan döyüş təyyarəmizin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevə rəhmət etsin. Doğma və əzizlərinə səbr diləyirəm", - deyə polkovnik-leytenant bildirib.




    Üzeyir Cəfərov bu feysbuk postunun sonunda qeyd edib ki, Rusiyanın Cənub Hərbi Dairəsinin REM qoşunları avqustun 7-dək Xəzər Dənizində hərbi təlimlərini məhz qəza baş vermiş ərazinin yaxınlığında davam etdirəcəklər.

    Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

    Eurasia Diary

    loading...